“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının
T Ə S V İ R İ
Azərbaycan Respublikasının 2013-cü il
22 noyabr tarixli Qanunu ilə təsdiq
edilmişdir
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
Medalın ön tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı qövs boyunca “MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI” sözləri, onların arasında hər iki tərəfdə olmaqla, üç ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. İkinci dairənin mərkəzində aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən qırmızı rəngə dəyişən lent həkk olunmuşdur. Mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə müvafiq icra hakimiyyəti orqanının gümüşü rəngli relyefli emblemi təsvir edilmiş, emblemdən aşağıda orta hissədə “1919-2014” rəqəmləri, həmin rəqəmlərdən aşağıda gümüşü rəngdə “95” rəqəmləri həkk olunmuşdur. Həmin yazı və təsvirləri dairə boyu dəfnə budaqları əhatə edir.
Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfi hamardır, üzərində ortada yuxarı hissədə “95” rəqəmləri, ondan aşağıda “AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI” sözləri və “1919-2014” rəqəmləri həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsi ilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lent şaquli 5 zolağa bölünmüşdür. Sağ və sol zolaqlar lövhənin üçdə iki hissəsini təşkil edir və tünd göy rəngdədir. Lövhənin qalan üçdə bir hissəsi 3 zolağa bölünməklə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolaqlara bölünmüşdür. Lövhənin alt hissəsinə eni 4 mm olan, üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir.
4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına ətraflı...
22 Oktyabr 2014, 09:10
Kristof dö Marjerinin ailəsinə ətraflı...
22 Oktyabr 2014, 09:10
Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”Sazişin təsdiq edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə ətraflı...