“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 920-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 920-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2018-ci il.

1 Fevral 2018, 08:02

http://www.azertag.net

10161—10170 / 10511

27 Mart 2014, 10:03

E.Ə.Mahmudova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

19 Mart 2014, 13:03

"Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

18 Mart 2014, 16:03

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında   ətraflı...

18 Mart 2014, 14:03

"Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar"ın təsdiq edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 14:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 14:03

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 14:03

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

18 Mart 2014, 12:03

"Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 12:03

"Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 11:03

"Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 iyul tarixli 166 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...