R.Ş.Rzayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2018-ci il.
30 Yanvar 2018, 09:0124 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...