“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.1-ci maddəsində (mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması, o cümlədən sahə üzrə normativ hüquqi aktların, strategiyaların, konsepsiyaların, dövlət proqramlarının və tədbirlər planlarının qəbul edilməsi ilə bağlı) və 5.1.13-сü maddəsində (xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması və inkişafı ilə bağlı) nəzərdə tutulmuş vəzifələri, 38.2-ci və 48.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 5.1.1-ci maddəsində (mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, sahə üzrə normativ hüquqi aktların və tədbirlər planlarının qəbul edilməsi ilə bağlı), 5.1.8-ci, 5.1.11-ci və 14.2.10-cu maddələrində nəzərdə tutulmuş vəzifələri, 23.1-ci maddəsində, 33.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 40.3-cü və 47.4.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.3. həmin Qanunun 26.4-cü maddəsində ikinci halda, 35.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini daşınmaz mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;

1.4. həmin Qanunun 5.1.1-ci maddəsində (mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, sahə üzrə normativ hüquqi aktların və tədbirlər planlarının qəbul edilməsi ilə bağlı), 5.1.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri, 29.1-ci maddəsində, 30.4-cü maddəsinin birinci cümləsində, 36.3-cü, 37.1-ci, 37.2-ci, 41.2-ci, 42.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;

1.5. həmin Qanunun 5.1.2-ci, 5.1.3-cü, 5.1.7-ci, 5.1.10-cu, 14.2.1-ci, 14.2.3-cü, 14.2.8-ci, 14.2.12-ci, 14.2.13-cü maddələrində nəzərdə tutulmuş vəzifələri, 21.2-ci maddəsində, 27.1-ci maddəsində ikinci halda, 39.2-ci, 39.3-cü, 39.6-cı maddələrində, 40.4-cü maddəsinin birinci cümləsində, ikinci cümləsində ikinci halda, 45.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

1.6. həmin Qanunun 14.2.7-ci maddəsində nəzərdə tutulmuş, dövlət reyestrinin aparılması, dövlət monitorinqinin və dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində dövlət monitorinqinin və dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

1.7. həmin Qanunun 5.1.4-cü, 14.2.5-ci və 14.2.6-cı maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

1.8. həmin Qanunun 5.1.5-ci, 5.1.6-cı, 5.1.12-ci, 5.1.14-cü maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

1.9. həmin Qanunun 5.1.13-cü maddəsində nəzərdə tutulmuş, xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

1.10. həmin Qanunun 14.2.2-ci və 14.2.11-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

1.11. həmin Qanunun 14.2.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

1.12. həmin Qanunun 22.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə etdikdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi həyata keçirir;

1.13. həmin Qanunun 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 47.4.3-cü maddəsinə uyğun olaraq, dövlət mədəniyyət obyektlərini özəlləşdirmək məqsədi ilə əhaliyə mədəniyyət məhsullarının və xidmətlərinin güzəştlə təqdim olunması əsas fəaliyyət kimi müəyyən olunduqda, mədəniyyət məhsulları və xidmətləri üzrə güzəştləri üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 244; 2001, № 10, maddə 640; 2002, № 1, maddə 14; 2005, № 7, maddə 596; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2008, № 1, maddə 8, № 8, maddə 719) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 may 2014-cü il.

 

15 May 2014, 09:05

http://www.azertag.net

3321—3330 / 10511

18 Oktyabr 2018, 08:10

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Oktyabr 2018, 08:10

Qax rayonunun Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

Q.M.Məmmədovun Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

F.N.İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

E.Y.Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

O.S.Qurbanovun Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

T.İ.Əliyevin Azərbaycan Respublikasının Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

E.X.Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

X.N.Gəncəliyə “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...