Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qloballaşma proseslərinin intensivləşdiyi müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri əhalinin məlumatlandırılması və maarifləndirilməsi, dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılması, ictimai maraq kəsb edən aktual məsələlərin müzakirəsinin təşkili, ölkəmizin milli maraqlarının müdafiəsinə mühüm töhfə verir.

 

Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır, bu sahədə meydana çıxan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Milli informasiya resurslarının, kommunikasiya vasitələrinin inkişafına yönəlmiş davamlı dövlət siyasəti, xüsusilə “Azerspace-1” peykinin orbitə çıxarılması, bütün ölkə ərazisində rəqəmsal yayıma keçid və görülmüş digər işlər teleradio sahəsində də müasir texnologiyaların tətbiqini sürətləndirmiş, yayımçıların texniki imkanlarının və operativliyinin artmasına, təsir imkanlarının yüksəlməsinə səbəb olmuşdur.

Özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xalqın mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması, habelə texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 yanvar 2018-ci il.

19 Yanvar 2018, 09:01

http://www.azertag.net

6471—6480 / 10511

7 Sentyabr 2016, 09:09

N.H.Əliyevin Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

7 Sentyabr 2016, 09:09

“Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə   ətraflı...

7 Sentyabr 2016, 09:09

Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

7 Sentyabr 2016, 09:09

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Sentyabr 2016, 09:09

“Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

7 Sentyabr 2016, 09:09

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Sentyabr 2016, 09:09

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

7 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Sentyabr 2016, 09:09

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

6 Sentyabr 2016, 09:09

“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...