Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qloballaşma proseslərinin intensivləşdiyi müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri əhalinin məlumatlandırılması və maarifləndirilməsi, dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılması, ictimai maraq kəsb edən aktual məsələlərin müzakirəsinin təşkili, ölkəmizin milli maraqlarının müdafiəsinə mühüm töhfə verir.
Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır, bu sahədə meydana çıxan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Milli informasiya resurslarının, kommunikasiya vasitələrinin inkişafına yönəlmiş davamlı dövlət siyasəti, xüsusilə “Azerspace-1” peykinin orbitə çıxarılması, bütün ölkə ərazisində rəqəmsal yayıma keçid və görülmüş digər işlər teleradio sahəsində də müasir texnologiyaların tətbiqini sürətləndirmiş, yayımçıların texniki imkanlarının və operativliyinin artmasına, təsir imkanlarının yüksəlməsinə səbəb olmuşdur.
Özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xalqın mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması, habelə texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2018-ci il.
19 Yanvar 2018, 09:0113 İyul 2017, 09:07
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 718-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
13 İyul 2017, 09:07
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
13 İyul 2017, 09:07
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 735-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
13 İyul 2017, 09:07
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
13 İyul 2017, 09:07
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 737-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
13 İyul 2017, 09:07
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
13 İyul 2017, 09:07
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 684-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
13 İyul 2017, 09:07
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında ətraflı...
13 İyul 2017, 09:07
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
13 İyul 2017, 09:07
T.H.Zeynəlabdinin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilməsi haqqında ətraflı...