Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının icrası ilə əlaqədar qərara alır:

 

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592; 2015, № 5, maddə 490; 2017, № 5, maddə 705) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin.

2. 25.2.6-cı maddədən “seçki bülleteninin qoyulması üçün zərflərin,” sözləri, 25.2.11-ci və 31.1.5-ci maddələrdən “seçki bülletenlərinin qoyulması üçün zərflərin,” sözləri çıxarılsın.

3. 42.2.9-cu maddədə “möhürləndiyi” sözü “kilidləndiyi” sözü ilə əvəz edilsin.

4. 47.9-cu maddədən “vəsiqələri paylandıqdan və seçici” sözləri çıxarılsın.

5. 53-cü maddə üzrə:

5.1. 53.6-cı maddənin birinci cümləsində “qərar” sözü “qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”;

5.2. 53.7-ci maddədə “sürülməsini təsdiq edən qərarın surətini verməkdən” sözləri “sürülməsinin təsdiq olunmasından” sözləri ilə əvəz edilsin.

6. 54-cü maddə üzrə:

6.1. 54.9-cu maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

“Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”;

6.2. 54.10-cu maddənin birinci cümləsində “Namizədin qeydə alınmasından” sözləri “İrəli sürülmüş namizədin təsdiq olunmasından” sözləri ilə əvəz edilsin.

7. 59.3-cü maddənin dördüncü cümləsində “İmza” sözü “Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza” sözləri ilə əvəz edilsin.

8. 73-1.2-ci maddənin dördüncü cümləsi çıxarılsın.

9. 90.7-ci maddədə “Teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödədikdən sonra, qeydə” sözləri “Qeydə” sözü ilə əvəz edilsin.

10. 100-cü maddə üzrə:

10.1. 100.2.2-ci və 100.2.7-ci maddələrdən “(Milli Məclisə seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla)” sözləri çıxarılsın;

10.2. 100.2.13-cü maddədən “olan zərflərdə” sözləri çıxarılsın.

11. 103.4-cü maddənin birinci cümləsində “möhürlənir” sözü “kilidlənir” sözü ilə, ikinci cümləsində “Möhürlər” sözü “Kilidlər” sözü ilə əvəz edilsin.

12. 104-cü maddə üzrə:

12.1. 104.5-ci maddədə “möhürləyir” sözü “kilidləyir” sözü ilə əvəz edilsin;

12.2. 104.6-cı maddənin birinci cümləsindən “seçici vəsiqələrini,” sözləri çıxarılsın;

12.3. 104.7-ci maddənin birinci cümləsindən “seçici vəsiqəsi ilə birlikdə” sözləri çıxarılsın;

12.4. 104.7-ci maddə (ikinci halda) ləğv edilsin.

13. 105.2-ci maddənin beşinci cümləsi çıxarılsın.

14. 106.1-ci maddənin beşinci cümləsindən “və zərf” sözləri çıxarılsın, yeddinci cümləsində “möhür və plomblarının” sözləri “kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün)” sözləri ilə əvəz edilsin.

15. 107.4-cü maddənin birinci cümləsindən və 108.3-cü maddənin birinci cümləsindən “zərflərin və” sözləri çıxarılsın.

16. 145.1-ci maddəyə “hissəsinə” sözündən sonra “, 981-ci maddəsinin II hissəsinin ikinci cümləsinə” sözləri əlavə edilsin.

17. 148.6-cı maddənin birinci cümləsindən “namizəd irəli sürmüş və ya” sözləri çıxarılsın.

18. 153-cü maddə üzrə:

18.1. 153.1-ci maddədə “73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilsin;

18.2. 153.2-ci maddədə “73.1-73.2-ci” sözləri “73-1.1-ci və 73-1.2-ci” sözləri ilə əvəz edilsin.

19. 162-ci, 164-cü, 195-ci və 197-ci maddələr ləğv edilsin.

20. 173.2-ci maddənin ikinci cümləsində “73.3-cü” sözləri “73-1.3-cü” sözləri ilə əvəz edilsin.

21. 175.3-cü maddə üzrə:

21.1. birinci cümlədə “2, 4 və 5-ci” sözləri “2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci” sözləri ilə əvəz edilsin;

21.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.”;

21.3. aşağıdakı məzmunda üçüncü-beşinci cümlələr əlavə edilsin:

“Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.”.

22. 176-cı maddə üzrə:

22.1. 176.1-ci maddəyə “müraciət” sözündən sonra “(rəsmi məlumat)” sözləri əlavə edilsin;

22.2. 176.2-ci maddədə “ərizə” sözündən sonra “(rəsmi məlumat)” sözləri, “ərizədə” sözündən sonra “(rəsmi məlumatda)” sözləri əlavə edilsin;

22.3. aşağıdakı məzmunda 176.2-1-ci maddə əlavə edilsin:

“176.2-1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir.”;

22.4. 176.3-cü maddədə “və 5-ci” sözləri “, 5-ci, 6-cı və 7-ci” sözləri ilə əvəz edilsin;

22.5. 176.4-cü maddədə “bir ay müddətində” sözlərindən sonra “(deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallar istisna olmaqla)” sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.”.

23. 179-cu maddə üzrə:

23.1. 179.1-ci maddənin birinci cümləsində “bitərsə,” sözündən sonra “habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda” sözləri əlavə edilsin, ikinci cümləsində “Bu hal” sözləri “Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar” sözləri ilə əvəz edilsin;

23.2. 179.2-ci maddədə “edildiyi” sözündən sonra “, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi” sözləri əlavə edilsin, “3 ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə əvəz edilsin.

24. 187-ci maddədə “73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilsin.

25. 212-ci maddədə “Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı” sözləri “Seçkilərdə iştirak etmək hüququna malik” sözləri ilə əvəz edilsin.

26. 221-ci maddə üzrə:

26.1. 221.1-ci maddədə “73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilsin;

26.2. 221.2-ci maddədə “73.1-73.3-cü” sözləri “73-1.1-ci və 73-1.2-ci” sözləri ilə əvəz edilsin.

27. 1 “A” saylı əlavədə “Deputatlığa namizədin, siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin.

28. 2 “A” saylı əlavədə “Prezidentliyə namizədin, siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin.

29. 3 “A” saylı əlavədə “Bələdiyyə üzvlüyünə namizədin, siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin.

30. 4 saylı əlavənin “Qeyd”i ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

12 Yanvar 2018, 10:01

http://www.azertag.net

1721—1730 / 10511

26 Dekabr 2020, 23:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Dekabr 2020, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Dekabr 2020, 21:12

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Dekabr 2020, 21:12

“Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 15 dekabr tarixli 212-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Dekabr 2020, 21:12

Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Dekabr 2020, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Dekabr 2020, 21:12

Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 Dekabr 2020, 20:12

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Dekabr 2020, 18:12

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1999-cu il 9 dekabr tarixli 226 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Dekabr 2020, 18:12

Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...