“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1622) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissədə “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilsin;

1.2. 4.4-cü bənddə “maliyyələşdirilməsi” sözündən sonra “, təşkili və idarə edilməsi” sözləri əlavə edilsin;

1.3. 6.1-ci bənddən “1.5-ci, 3.3-cü, 6.1-ci bəndlərində nəzərdə tutulmuş müsabiqənin təşkili və keçirilmə qaydasını,” sözləri çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” üzrə:

2.1. adında, 1.1-ci bənddə və 1.7.2-ci yarımbənddə “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilsin;

2.2. 1.4-cü bənd üzrə:

2.2.1. “maliyyələşdirilməsi” sözündən sonra “, təşkili və idarə edilməsi” sözləri əlavə edilsin;

2.2.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak istisna olmaqla, digər dəstək tədbirlərinin həyata keçirilməsi xərcləri ilə bağlı nəzərdə tutulmuş vəsait həmin dəstək tədbirlərində iştirak edən ixracatçılara və ya xarici alıcılara ödənilmir.”;

2.3. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. Bu Qaydada (4.4-cü və 4.10-cu bəndləri istisna olmaqla) nəzərdə tutulmuş dəstək tədbirlərində iştirak edəcək ixracatçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada təşkil edilən müsabiqə əsasında seçilir.”;

2.4. 1.7.1-ci yarımbənddə “malları” sözündən sonra “və xidmətləri” sözləri əlavə edilsin;

2.5. aşağıdakı məzmunda 1.7.4-1-ci yarımbənd əlavə edilsin:

“1.7.4-1. alıcı missiyası – xarici ölkələrə məhsulların idxalını və ya distribütorluğunu həyata keçirən şəxsin Azərbaycan bazarından qeyri-neft məhsullarını alması üçün təşkil edilən fəaliyyət;”;

2.6. 2.2-ci bənddə “4 (dörd)” sözləri “6 (altı)” sözləri ilə, “20 (iyirmi)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin;

2.7. 2.3-cü bənddə “10-dan (ondan)” sözləri “25-dən (iyirmi beşdən)” sözləri ilə əvəz edilsin;

2.8. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. İxrac missiyasında iştirak edən ixracatçıların xarici ölkəyə səfəri ilə bağlı təşkilati işləri (viza, mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri Nazirlik təmin edir.”;

2.9. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Alıcı missiyalarının təşkili

2-1.1. Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri Nazirlik müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirir.

2-1.2. Hər alıcı missiyasının müddəti 6 (altı) gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 (on) nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər.

2-1.3. Bu Qaydaya əsasən təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən (iyirmidən) çox ola bilməz.

2-1.4. Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri Nazirlik təmin edir.

2-1.5. Alıcı missiyasında iştirak edəcək xarici şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara uyğun olaraq müəyyən edilir.”;

2.10. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Bazar araşdırması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış yerli, yaxud xarici hüquqi və ya fiziki şəxslərlə bağlanılan satınalma müqaviləsi əsasında həyata keçirilir.”;

 

2.11. 3.4-cü bənddə “20 000 (iyirmi min)” sözləri “30 000 (otuz min)” sözləri ilə əvəz edilsin;

2.12. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Bazar araşdırmasının aparılması barədə Nazirliyin rəsmi internet saytında ümumi məlumat yerləşdirilir, həmin araşdırmanın nəticələri sifariş vermiş ixracatçıya və Azərbaycan Respublikasının qeyri-neft məhsullarının digər ixracatçılarına əvəzsiz olaraq təqdim edilir.”;

2.13. 4.1.4-cü yarımbənddə və 4.9-cu bənddə “mağazalarda” sözündən sonra “və ya mağaza şəbəkələrində” sözləri əlavə edilsin;

2.14. 4.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.2.2. beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı təşkilati işləri (sərgi və (və ya) yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsi, stendin hazırlanması, dizaynı və quraşdırılması, nümayiş etdiriləcək məhsulların daşınması, marketinq və reklam xərcləri, iştirakçıların qeydiyyatı, habelə sərgi və (və ya) yarmarkada iştirakın təşkili ilə bağlı digər xərclər) Nazirlik həyata keçirir.”;

2.15. 4.3-cü bənddə “5-dən (beşdən)” sözləri “10-dan (ondan)” sözləri ilə əvəz edilsin;

2.16. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara müvafiq dəstək məbləğinin bu Qaydaya müvafiq surətdə ödənilməsi barədə qərar onlardan daxil olmuş müraciətlər əsasında Nazirliyin təsdiq etdiyi meyarlara uyğun olaraq qəbul edilir.”;

2.17. 4.6-cı bənddə “30 (otuz)” sözləri “50 (əlli)” sözləri ilə, “5 (beş)” sözləri “10 (on)” sözləri ilə əvəz edilsin;

2.18. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.7. Dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir.”;

2.19. 4.8-ci bənd üzrə:

2.19.1. həmin bəndin birinci sətrində “mağazalarda” sözündən sonra “və ya mağaza şəbəkələrində” sözləri əlavə edilsin;

2.19.2. 4.8.1-ci yarımbənddə “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilsin, “onun” sözü “rəflərin yerləşdirilməsinə dair xarici ölkələrin müvafiq fiziki və hüquqi şəxsləri ilə razılaşma əldə edildikdən sonra Nazirliyin” sözləri ilə əvəz edilsin;

2.19.3. 4.8.2-ci yarımbənddə “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilsin;

2.19.4. 4.8.3-cü yarımbənddə “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilsin, “2-dən (ikidən)” sözləri “5-dən (beşdən)” sözləri ilə əvəz edilsin;

2.19.5. 4.8.4-cü yarımbənddə “mağazalarda” sözündən sonra “və ya mağaza şəbəkələrində” sözləri əlavə edilsin;

2.19.6. 4.8.5-ci yarımbənddə “mağazalarda” sözündən sonra “və ya mağaza şəbəkələrində” sözləri, “mağaza” sözündən sonra “və ya mağaza şəbəkələri” sözləri əlavə edilsin;

2.20. 4.11-ci bənd üzrə:

2.20.1. “kampaniyalarının” sözündən sonra “hazırlanması və” sözləri əlavə edilsin;

2.20.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu kampaniyaların və onların aparılması strategiyasının hazırlanması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərlə bağlanılan satınalma müqaviləsi əsasında həyata keçirilir.”;

2.21. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Beynəlxalq sertifikatın alınmasına dəstək

5.1. Beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirirlər. Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan verilir və müraciət edilməsi üçün ən azı 60 (altmış) günlük müddət müəyyən olunur.

5.2. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər.

5.3. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını Nazirlik müəyyən edir və özünün rəsmi internet saytında yerləşdirir.

5.4. Hər bir ixracatçı üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 (əlli) faizini (60 000 (altmış min) manatdan artıq olmamaqla) təşkil edir.

5.5. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq Nazirliyə təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri Nazirliyə təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 (bir) il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.”;

2.22. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. Tədqiqat-inkişaf proqramları ixracatçıların sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış yerli, yaxud xarici hüquqi və ya fiziki şəxslərlə bağlanılan satınalma müqaviləsi əsasında həyata keçirilir.”;

2.23. 6.4-cü bənddə “10-dan (ondan)” sözləri “5-dən (beşdən)” sözləri ilə əvəz edilsin;

2.24. 7-ci hissə üzrə:

2.24.1. 7.1-ci bənddə “iştirak, habelə sertifikat və patent alınması ilə” sözləri “iştirakla” sözü ilə əvəz edilsin;

2.24.2. 7.1.1-ci yarımbənddən “, yaxud sertifikat və patent aldığı” sözləri çıxarılsın;

2.24.3. 7.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.1.2. ərizəyə görülmüş işi, göstərilmiş xidməti və ya icarə haqqını təsdiq edən sənədin (hesab-faktura (invoys), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat əlavə edilir;”;

2.24.4. 7.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.1.3. Nazirlik ərizəyə və ona əlavə olunmuş sənədlərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 30 (otuz) iş günü müddətində və bu Qaydanın 4.4-cü bəndinə uyğun olaraq təsdiq edilmiş meyarlar əsasında baxır. Nazirlik ərizənin qeydiyyata alındığı tarixdən etibarən 2 (iki) iş günü müddətində ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 7.1.1-ci və 7.1.2-ci yarımbəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin yarımbəndlərin tələblərinə cavab vermədikdə, Nazirlik ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə bildirişi ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir;”;

2.24.5. 7.1.6-cı yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 7.1.7-ci yarımbənd ləğv edilsin;

2.24.6. 7.2-ci bənddə “3-cü” sözündən sonra “, 5-ci” sözü əlavə edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”da Cədvəl 1 üzrə:

3.1. 3.1-ci sətirdən sonra aşağıdakı məzmunda 3.1-1-ci sətir əlavə edilsin:

“3.1-1. Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili üzrə”;

3.2. 3.4-cü sətirdə tədbirin adı aşağıdakı redaksiyada verilsin:

“Beynəlxalq sertifikat alınması üzrə”.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 1.5-ci və 2-1.5-ci bəndlərinə uyğun olaraq, müsabiqənin təşkili və keçirilmə qaydasını, habelə alıcı missiyasında iştirak edəcək xarici şəxslərin müəyyən edilməsi meyarlarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində təsdiq etsin;

4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 yanvar 2018-ci il.

 

12 Yanvar 2018, 10:01

http://www.azertag.net

1571—1580 / 10511

30 Yanvar 2021, 19:01

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə Nazirlər Kabinetinin Qərarı   ətraflı...

30 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2021, 19:01

“Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 may tarixli 277 nömrəli, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli 292 nömrəli, “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 338 nömrəli, “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 342 nömrəli və “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 344 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2013-cü il 24 iyun tarixli 2966 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2014-cü il 29 dekabr tarixli 966 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 1243 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il 25 avqust tarixli 972 nömrəli, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2006-cı il 17 aprel tarixli 1413 nömrəli, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 26 avqust tarixli 1640 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli 364 nömrəli, “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...