2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2018-ci il.
11 Yanvar 2018, 09:0112 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
“Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanının ləğv edilməsi barədə ətraflı...
12 Fevral 2015, 09:02
Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
12 Fevral 2015, 09:02
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...
11 Fevral 2015, 14:02
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında ətraflı...
11 Fevral 2015, 14:02
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
11 Fevral 2015, 14:02
B.H.Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...