Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

 

1-ci fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. tütün məmulatı – tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur;

1.0.2. nikotin – tütünün və tənbəkinin tərkibində mövcud olan alkoloidlər qrupuna aid maddə;

1.0.3. tütün çəkmə – tütün məmulatlarının tüstüsünün tənəffüs yolları vasitəsi ilə insan orqanizminə daxil olması nəticəsində tütün çəkənin nikotindən asılılıq vəziyyətinin yaranmasına, onun və ətrafdakı şəxslərin sağlamlığına zərər vurulmasına və ətraf mühitin çirklənməsinə səbəb olan istifadə prosesi;

1.0.4. ətraf mühitdəki tütün tüstüsü – tütün çəkmənin həyata keçirildiyi və ya daha əvvəl həyata keçirilmiş olduğu yerin atmosfer havasında olan, o cümlədən tütün çəkməni həyata keçirən şəxs tərəfindən nəfəslə buraxılan tütün tüstüsü;

1.0.5. tütündən istifadə – tütün çəkmə, habelə tütünün qızması nəticəsində meydana gələn buxarın tənəffüs yolu ilə orqanizmə qəbul edilməsi;

1.0.6. tütündən istifadənin nəticələri – tütün istifadəsi və ətraf mühitdəki tütün tüstüsünün təsiri nəticəsində insanın həyatına və ya sağlamlığına, onun yaşadığı mühitə ziyan vurulması, habelə bununla əlaqədar tibbi, demoqrafik, sosial-iqtisadi nəticələr;

1.0.7. tütündən istifadənin nəticələrindən qorunma – insanların həyat və sağlamlıqlarının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən müdafiə olunması;

1.0.8. tütün məmulatları sponsorluğu – tütün məmulatlarının istehsalçıları və satıcıları tərəfindən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər hansı tədbirə verilən töhfənin istənilən növü;

1.0.9. xüsusi ayrılmış yer – mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, yerləşdirmə vasitələrində, habelə ictimai iaşə müəssisələrində işəgötürənin və ya mülkiyyətçinin həmin müəssisələrin bu Qanuna uyğun olaraq tütün çəkilməsinə icazə verdiyi açıq və ya qapalı ərazisi;

1.0.10. yerləşdirmə vasitələri – mehmanxana, istirahət mərkəzi, sanatoriya-kurort, pansionat, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı iyirmi dörd saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektləri.

 

Maddə 2. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tütün və tütün məmulatları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

 

Maddə 3. Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsipləri

 

3.0. Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsipləri aşağıdakılardır:

3.0.1. vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması sahəsində hüquqlarına riayət edilməsi;

3.0.2. ətraf mühitdəki tütün tüstüsünün təsiri və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin, əlilliyin, vaxtından əvvəl ölüm hallarının qarşısının alınması;

3.0.3. tütündən istifadənin nəticələrindən qorunma hüquqlarının təmin edilməsi üçün dövlətin və bələdiyyələrin, fərdi sahibkarların, hüquqi şəxslərin və digər qurumların məsuliyyəti;

3.0.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi zamanı sistemli yanaşma, bu tədbirlərin həyata keçirilməsinin fasiləsizliyi və ardıcıllığı;

3.0.5. həyat və sağlamlığın qorunmasının tütün istehsalçılarının mənafelərindən üstünlüyü;

3.0.6. tütündən istifadənin nəticələrindən qorunma sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının təmin edilməsi;

3.0.7. dövlətin, bələdiyyələrin, vətəndaşların, tütün təşkilatları ilə əlaqədar olmayan fərdi sahibkarların, hüquqi şəxslərin və qanunvericiliyə uyğun olaraq yaradılmış digər qurumların qarşılıqlı fəaliyyəti;

3.0.8. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinin aşkarlığı və səmərəliliyinin müstəqil qiymətləndirilməsi;

3.0.9. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması.

 

Maddə 4. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlətin vəzifələri

 

4.1. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir:

4.1.1. dövlət siyasətinin həyata keçirilməsi;

4.1.2. sağlamlığın qorunması sahəsində qanunvericiliyə uyğun olaraq tibb müəssisələrində vətəndaşlara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığı və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi yardım göstərilməsinin təşkilinin təmin edilməsi;

4.1.3. dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;

4.1.4. beynəlxalq əməkdaşlıq, o cümlədən beynəlxalq müqavilələrin bağlanması;

4.1.5. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin monitorinqinin keçirilməsi, həmçinin Azərbaycan Respublikasının ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması.

4.2. Dövlətin bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan vəzifələrini müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir.

 

Maddə 5. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində bələdiyyələrin vəzifələri

 

5.0. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində bələdiyyələrin vəzifələrinə aşağıdakılar aiddir:

5.0.1. bələdiyyə ərazilərində vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunmasına xidmət edən tədbirlərin həyata keçirilməsi və belə tədbirlərdə iştirak;

5.0.2. bələdiyyə ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması;

5.0.3. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin nəticələrinin azaldılmasına yönəlmiş tədbirlərin monitorinqinin həyata keçirilməsi.

 

Maddə 6. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri

 

6.1. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində fiziki və hüquqi şəxslər aşağıdakı hüquqlara malikdirlər:

6.1.1. tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunmasını müvafiq dövlət və bələdiyyə orqanlarından tələb etmək;

6.1.2. tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə yönəlmiş tibbi yardım almaq;

6.1.3. dövlət və bələdiyyə orqanlarından, fərdi sahibkarlardan, hüquqi şəxslərdən və digər qurumlardan ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlər haqqında məlumat almaq;

6.1.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə ictimai nəzarətdə iştirak etmək;

6.1.5. tütündən istifadənin nəticələrindən qorunmanın təmin edilməsi barədə dövlət və bələdiyyə orqanlarına, habelə digər şəxslərə təkliflər təqdim etmək;

6.1.6. qanunvericiliyin digər şəxslər tərəfindən pozulması nəticəsində həyat və sağlamlıqlarına, əmlaklarına vurulmuş ziyanın ödənilməsini tələb etmək.

6.2. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində vətəndaşların vəzifələri aşağıdakılardır:

6.2.1. tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanunvericiliyin tələblərinə riayət etmək;

6.2.2. uşaqlarda və gənclərdə tütün istifadəsinə mənfi münasibət formalaşmasının, habelə onların tütün istifadəsi prosesinə cəlb edilməsinin yolverilməzliyinin qeydinə qalmaq;

6.2.3. başqa şəxslərin tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunması hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər etməmək.

 

Maddə 7. Tütün və ondan istifadənin nəticələri haqqında məlumat almaq hüququ

 

7.1. Hər kəsin tütün məmulatlarının və onlardan tüstü ilə ayrılan məhsulların komponentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırılması barədə məlumat almaq hüququ vardır.

7.2. Tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir.

 

 2-ci fəsil

TÜTÜNDƏN İSTİFADƏNİN AZALDILMASINA VƏ ƏTRAF MÜHİTDƏKİ TÜTÜN TÜSTÜSÜNÜN TƏSİRİNİN QARŞISININ ALINMASINA YÖNƏLMİŞ MÜBARİZƏ TƏDBİRLƏRİ

Maddə 8. Tütün məmulatlarının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması

 

8.1. Hüquqi və fiziki şəxslərə tütün məmulatlarının satışında istifadəçılərin həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:

8.1.1. tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;

8.1.2. tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;

8.1.3. tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi.

8.2. Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər tərəfindən istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarının istehlakçılara hədiyyə və ya yardım kimi paylanmasına yol verilmir.

 

Maddə 9. Tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili

 

9.1. Ətraf mühitdəki tütün tüstüsünün təsirinin və tütün istifadəsi ilə bağlı xəstəliklərin yaranmasının qarşısının alınması və tütündən istifadənin azaldılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:

9.1.1. ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulması və həmin qadağanın pozulmasına görə məsuliyyətə cəlb edilməsi;

9.1.2. tütün məmulatlarına tələbatın azaldılmasına yönəlmiş qiymət, vergi və (və ya) rüsum tədbirləri;

9.1.3. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması;

9.1.4. tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növlərinin qadağan edilməsi;

9.1.5. fiziki şəxslərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi və psixoloji yardımın göstərilməsi;

9.1.6. tütün məmulatlarının qeyri-qanuni dövriyyəsinin qarşısının alınması;

9.1.7. tütün məmulatlarının dövriyyəsinin məhdudlaşdırılması;

9.2. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır. Onların utilizasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər

 

10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

10.1.2. səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

10.1.5. ticarət obyektlərində;

10.1.6. məişət obyektlərində;

10.1.7. sosial xidmət müəssisələrində;

10.1.8. yerləşdirmə vasitələrində;

10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

10.1.10. uşaq meydançalarında;

10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;

10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

10.1.13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

10.1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

10.1.17. taksafonlarda;

10.1.18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

10.1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

10.3. Bu Qanunun 10.1.3-cü, 10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində göstərilən yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər.

10.4. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

 

Maddə 11. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması

 

11.1. Tütünə və tütün məmulatına tələbatın azaldılması, tütün istifadəsi ilə əlaqədar xəstəliklərin profilaktikası, sağlamlığa məsuliyyətli və tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə tütün məmulatlarının tərkibinin açıqlanmasına, qablaşdırılmasına və markalanmasına dair tələblər müəyyən edilir. Bu tələblərə aşağıdakılar barədə informasiya verilməsi daxildir:

11.1.1. tütündən istifadənin dayandırılmasının üstünlükləri haqqında;

11.1.2. tütündən istifadənin mənfi tibbi, demoqrafik və sosial-iqtisadi nəticələri haqqında;

11.1.3. tütünçülük sənayesi haqqında.

11.2. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi ailədə, təhsil və tibb müəssisələrində, habelə işəgötürənlər tərəfindən iş yerlərində həyata keçirilir.

11.3. Əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edilir.

11.4. İnsanların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunvericiliyin pozulması məsələlərinə dair vətəndaşların, o cümlədən fərdi sahibkarların və hüquqi şəxslərin müraciətləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən “qaynar xətlər” yaradılması və ya internet informasiya-kommunikasiya şəbəkəsindən istifadə edilməsi nəzərdə tutulur.

11.5. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması dövlət və bələdiyyə orqanları, habelə ictimai birliklər tərəfindən kütləvi informasiya vasitələrində müvafiq kampaniyalar keçirilməsi vasitəsi ilə həyata keçirilir.

11.6. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması zamanı kütləvi informasiya vasitələrində informasiya kampaniyaları keçirilərkən tütün məmulatının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsinə icazə verilir.

 

Maddə 12. Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği

 

12.1. Kütləvi informasiya vasitələri tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliğində iştirak edirlər.

12.2. Müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütündən istifadənin zərərli təsirləri barədə davamlı təbliğat işinin aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər.

12.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədris proqramları hazırlanarkən tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular tədrisin məzmununa daxil edilir.

12.4. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.

 

Maddə 13. Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması

 

13.1. Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

13.2. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.

13.3. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir.

13.4. Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.

 

Maddə 14. Tütün məmulatlarının reklamının və satışının stimullaşdırılmasının qadağan edilməsi

 

14.1. Tütün məmulatına tələbatın azaldılması məqsədi ilə tütün məmulatlarının satışının və onlardan istifadənin reklamı və stimullaşdırılması ilə bağlı aşağıdakılar qadağan edilir:

14.1.1. tütün məmulatlarının əhali arasında pulsuz, o cümlədən hədiyyələr şəklində yayılması;

14.1.2. tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi;

14.1.3. tütün məmulatlarının qiymətlərinə hər hansı üsullarla, habelə kuponlar və talonlar nəşr edilməsi yolu ilə güzəştlər tətbiq olunması;

14.1.4. televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması;

14.1.5. tütün məmulatlarının mükafat qismində verilməsi şərti ilə əmtəə satışını stimullaşdıran müxtəlif tədbirlərin (o cümlədən lotereyaların, müsabiqələrin, oyunların) təşkili və keçirilməsi.

14.2. Tütün və tütün məmulatlarının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməz.

14.3. Tütünün və tütün məmulatlarının, habelə tütün çəkmə ləvazimatlarının reklamı qadağandır.

 

Maddə 15. Vətəndaşlara tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəlmiş tibbi yardım göstərilməsi

 

15.1. Tütündən istifadənin dayandırılması, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsi üçün tibb müəssisələrinə müraciət etmiş şəxslərə müvafiq tibbi yardım göstərilir.

15.2. Vətəndaşlara tütündən istifadənin dayandırılması üçün tibbi yardım göstərilməsi, o cümlədən tütün asılılığının və tütündən istifadənin nəticələrinin profilaktikası, diaqnostikası və müalicəsi dövlət tibb müəssisələrində pulsuz həyata keçirilir.

 

15.3. Müalicə edən həkim tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə müraciət etmiş pasiyentə, müalicənin səbəbindən asılı olmayaraq tütündən istifadənin dayandırılması barədə tövsiyələr və ona göstərilə biləcək tibbi yardım haqqında zəruri məlumat verir.

 

3-cü fəsil

YEKUN MÜDDƏALAR

Maddə 16. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

Maddə 17. Keçid müddəası

 

Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq “Tütün və tütün məmulatı” haqqında Azərbaycan Respublikası Qanununun 20-ci və 21-ci maddələri ləğv edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2017-ci il.

 

4 Yanvar 2018, 09:01

http://www.azertag.net

501—510 / 10511

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 978 nömrəli, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli, “Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2005-ci il 1 mart tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması Qaydaları”nın təsdiq edilməsi barədə” 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 yanvar tarixli 739 nömrəli, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 19 may tarixli 894 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2016-cı il 23 iyun tarixli 952 nömrəli və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 11 iyul tarixli 980 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 867 nömrəli, “2013-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 913 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 15 fevral tarixli 1248 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2018-ci il 4 oktyabr tarixli 292 nömrəli və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2018-ci il 26 noyabr tarixli 371 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 667 nömrəli, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 13 dekabr tarixli 760 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 29 dekabr tarixli 802 nömrəli, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” 2013-cü il 24 aprel tarixli 865 nömrəli, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 45 nömrəli, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 19 dekabr tarixli 55 nömrəli və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2014-cü il 22 dekabr tarixli 413 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 1 aprel tarixli 601 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 3 iyun tarixli 719 nömrəli və “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 734 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 424 nömrəli, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 425 nömrəli və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandumun təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1699 nömrəli və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 19 dekabr tarixli 1747 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə” 2005-ci il 27 may tarixli 238 nömrəli, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli 242 nömrəli və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...