Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri 11 559 956,2 min manat, xərcləri isə 9 730 221,8 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: 

Sıra

 №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

9 723 786,1

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

3 612,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

16 340,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 042 046,1

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

774 172,0

 

Cəmi

11 559 956,2

 

 

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 

Sıra 

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

200 000,0

3.2.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

9 216 000,0

3.3.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

90 000,0

3.4.

Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

176 128,0

3.5.

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

16 218,0

3.6.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

31 875,8

 

Cəmi

9 730 221,8

 

 

4. “2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).

 

5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).

 

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti beynəlxalq audit və ya məsləhət şirkəti cəlb etməklə, 2017-ci ilin nəticələri üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun saxlanılma xərclərinin və aktivlərinin idarə edilməsində səmərəliliyin qiymətləndirilməsinə dair auditin keçirilməsini 2018-ci il iyulun 1-dək təmin edib nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2017-ci il.

29 Dekabr 2017, 10:12

http://www.azertag.net

7411—7420 / 10511

28 Yanvar 2016, 09:01

E.C.Qəhrəmanovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

İ.Y.Muxtarovun Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

E.H.Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

V.İ.Sadıqovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

26 Yanvar 2016, 09:01

Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında   ətraflı...