Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 19 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-1-ci və 33-2.2-ci maddələrinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə bir kvadratmetr üçün (icazənin müddəti və reklam daşıyıcısının növü nəzərə alınmaqla) dövlət rüsumunun məbləğləri aşağıdakı kimi təsdiq edilsin:
Sıra nömrəsi |
Reklam daşıyıcısının növü |
İcazənin müddəti |
Dövlət rüsumunun məbləği (manatla) |
1.1. |
Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) |
1 il |
100,0 |
1.2. |
Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) |
1 il |
50,0 |
1.3. |
Təsvirin dinamik dəyişdiyi daşıyıcılar: |
|
|
1.3.1. |
roller |
1 il |
40,0 |
1.3.2. |
prizmatron və s. |
1 il |
17,0 |
1.4. |
Hərəkətsiz daşıyıcılar: |
|
|
1.4.1. |
transparant |
1 il |
20,0 |
1.4.2. |
ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) |
1 il |
17,0 |
1.4.3. |
bilbord, meqabord |
1 il |
15,0 |
1.4.4. |
kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (1.4.1–1.4.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) |
1 il |
10,0 |
2. Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
2.1. Bakı şəhəri üzrə - 1;
2.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;
2.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;
2.4. digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.
3. Müəyyən edilsin ki:
3.1. həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir;
3.2. birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 2 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir;
3.3. icazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə 2-ci hissədə nəzərdə tutulmuş müvafiq əmsal tətbiq olunur;
3.4. icazə müddətinin uzadılması, həmçinin istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamının yerləşdirilməsi hallarında mövcud icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilir.
20 Dekabr 2017, 10:12
16 Oktyabr 2018, 08:10
Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Oktyabr 2018, 08:10
Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Oktyabr 2018, 08:10
Lerik rayonunun Orand kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Oktyabr 2018, 08:10
Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Oktyabr 2018, 08:10
A.B.Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Oktyabr 2018, 08:10
“Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Oktyabr 2018, 08:10
Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Oktyabr 2018, 08:10
Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Oktyabr 2018, 08:10
Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Oktyabr 2018, 08:10
Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...