Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 50.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“50.2. siyasi partiyalara münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası;”;
1.2. aşağıdakı məzmunda 50.3-cü bənd əlavə edilsin:
“50.3. digər hallarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi adından – bu Siyahının 51.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər. ”;
1.3. 52-ci hissədə “Auditorlar Palatası adından – bu Siyahının 50.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası adından – bu Siyahının 33.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər” sözləri ilə əvəz edilsin;
1.4. 71.4-cü bənddə “bu Siyahının 50.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər” sözləri “Auditorlar Palatasının sədri, onun müavini, Aparatın rəhbəri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2017-ci il.
20 Dekabr 2017, 09:1220 May 2016, 09:05
Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında ətraflı...
20 May 2016, 09:05
Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında ətraflı...
20 May 2016, 09:05
R.A.Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
20 May 2016, 09:05
A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
20 May 2016, 09:05
A.N.Əsgərovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
19 May 2016, 09:05
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında ətraflı...
19 May 2016, 09:05
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli 209-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
19 May 2016, 09:05
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
16 May 2016, 09:05
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 may 2016-cı il tarixli 01 saylı müraciətə baxılması barədə ətraflı...
16 May 2016, 09:05
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...