“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

 

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755; № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307) aşağıdakı dəyişikliklər edilsin:

1. 26.1-ci maddənin ikinci cümləsində “daşıyıcılarının” sözü “qurğularının” sözü ilə əvəz edilsin.

2. 26.2-2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“26.2-2. Reklam yayıcısı, həmçinin:

26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır;

26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir.”.

3. Aşağıdakı məzmunda 26.2-3-cü maddə əlavə edilsin:

“26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir.”.

4. 26.8-ci maddədə birinci halda “lövhələr” sözü “sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar)” sözləri ilə, “reklam daşıyıcıları” sözləri “və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam” sözləri ilə əvəz edilsin.

5. 35.1-ci maddəyə “münasibətlərinə” sözündən sonra “(bu Qanunun 35.2-ci və 35.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

6. 35.2-ci maddədə “26.2-2-ci maddəsinə uyğun olaraq, müqavilə dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın mülkiyyətçisi ilə (və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə) bağlandıqda, müvafiq” sözləri “26.2-2.2-ci maddəsinə uyğun olaraq, müqavilə bələdiyyə ilə bağlandığı halda müvafiq əmlakdan istifadəyə görə” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 35.3-cü maddə əlavə edilsin:

“35.3. Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 noyabr 2017-ci il.

18 Dekabr 2017, 09:12

http://www.azertag.net

5931—5940 / 10511

10 Yanvar 2017, 10:01

Q.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 Yanvar 2017, 09:01

Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

5 Yanvar 2017, 10:01

Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə   ətraflı...

5 Yanvar 2017, 10:01

Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası   ətraflı...

30 Dekabr 2016, 09:12

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

S.H.Hacıyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

30 Dekabr 2016, 09:12

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında   ətraflı...

29 Dekabr 2016, 10:12

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi   ətraflı...