“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 1.0.3-cü və 1.0.13-cü maddələrdə “elmi-pedaqoji” sözü “elmi” sözü ilə əvəz edilsin;
1.2. 1.0.4-cü və 1.0.53-cü maddələrə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin;
1.3. 1.0.20-ci maddəyə “ali təhsil müəssisəsi” sözlərindən sonra “və elmi müəssisə” sözləri əlavə edilsin;
1.4. 1.0.37-ci maddədə “elmlər dоktоrlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə” sözləri “elmi və pedaqoji kadrlara verilən elmi ad” sözləri ilə əvəz edilsin.
2. 22-ci maddə üzrə:
2.1. 22.1-ci maddəyə “mütəxəssislərin” sözündən sonra “, elmi” sözü əlavə edilsin;
2.2. 22.2-ci maddəyə “mütəxəssislər” sözündən sonra “, elmi” sözü əlavə edilsin;
2.3. 22.3-cü maddənin dördüncü cümləsində “elmi-tədqiqat” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.
3. 23-cü maddə üzrə:
3.1. 23.1-ci maddədən “və elmi-pedaqoji” sözləri çıxarılsın;
3.2. 23.2-ci maddənin birinci və ikinci cümlələrində “və elmi” sözləri “, elmi müəssisə və” sözləri ilə əvəz edilsin;
3.3. 23.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“23.5. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.”;
3.4. 23.6-cı maddədən “formada dövlət nümunəli sənəd” sözləri “formalı dövlət sənədi” sözləri ilə əvəz edilsin;
3.5. 23.7-ci maddənin birinci cümləsində “elmi və” sözləri “elmi müəssisə və təşkilatlarda və” sözləri ilə, ikinci cümləsində “və elmi tədqiqat müəssisələrinə” sözləri “, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin;
3.6. 23.10-cu maddəyə “ali təhsil müəssisəsinin” sözlərindən sonra “və elmi müəssisənin” sözləri əlavə edilsin.
4. 25.2-ci maddəyə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.
5. 29-cu maddə üzrə:
5.3. 29.0.4-cü maddədə “yüksək dərəcəli” sözləri “yüksəkixtisaslı elmi və” sözləri ilə əvəz edilsin;
5.4. 29.0.31-ci maddəyə “təhsil müəssisələrində” sözlərindən əvvəl “ali” sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il.
15 Dekabr 2017, 09:12
28 Sentyabr 2016, 09:09
Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
28 Sentyabr 2016, 09:09
İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin iştirakçılarına ətraflı...
27 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
A.A.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
О государственной поддержке развития хлопководства в Азербайджанской Республике ətraflı...
23 Sentyabr 2016, 10:09
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
İ.C.Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
22 Sentyabr 2016, 09:09
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə ətraflı...