“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 355-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2, II kitab, maddə 221; 2017, № 2, maddə 140) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.0.11-1-ci maddə əlavə edilsin:
“1.0.11-1. ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə;”.
2. 22.3-cü maddənin birinci cümləsinə “(biletə)” sözündən sonra “(gediş haqqının elektron qaydada ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
3. 28.2-ci maddəyə “baqaj qəbzi ilə” sözlərindən sonra “, yaxud gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsi ilə” sözləri əlavə edilsin.
4. 28.3-cü maddəyə “(biletlərin)” sözündən sonra “və ödəniş alətinin” sözləri, “satışı” sözündən sonra “, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanı” sözləri əlavə edilsin.
5. 31.0.1-ci maddəyə “əldə etmək” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “isə” sözü “, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə” sözləri ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 31.0.1-1-ci maddə əlavə edilsin:
“31.0.1-1. ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;”.
7. 31.0.2-ci maddəyə “marşrutlarında” sözündən sonra “(şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla)” sözləri əlavə edilsin.
8. Aşağıdakı məzmunda 31.0.2-1-ci maddə əlavə edilsin:
“31.0.2-1. müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gediş haqqı ödəmədən 5 yaşa qədər uşaqları özü ilə aparmaq;”.
9. 32.0.3-cü maddəyə “almaq” və “müvafiq sənədlərə” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
10. 36.0.6-cı maddəyə “aşkar edildikdə” sözlərindən sonra “, yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada ödəmədikdə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il.
12 Dekabr 2017, 09:12
20 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
17 Oktyabr 2014, 09:10
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına ətraflı...
16 Oktyabr 2014, 09:10
Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
15 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
15 Oktyabr 2014, 09:10
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 29 may 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
M.Ə. Məmmədyarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...