Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu,
qloballaşma meyllərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi fasiləsiz təhsil konsepsiyasını gerçəkləşdirmək və mütərəqqi maarifçilik ənənələrini davam etdirmək sahəsində yeni səmərəli mexanizmlərin yaradılmasını şərtləndirir.
Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılsın.
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2014-cü il.
8 May 2014, 09:05
24 Noyabr 2014, 09:11
F.M.Süleymanova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
24 Noyabr 2014, 09:11
Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 08:11
General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 09:11
M.M.Əliyevin Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında və Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ətraflı...
21 Noyabr 2014, 09:11
A.S.Şükürovun Azərbaycan Respublikasının Liviya Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ətraflı...
21 Noyabr 2014, 09:11
Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsindəəlavə tədbirlər haqqında ətraflı...
21 Noyabr 2014, 08:11
Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 08:11
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında ətraflı...
21 Noyabr 2014, 08:11
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...