Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsviri

   Azərbaycan Respublikasının

    2017-ci il 17 noyabr tarixli

    Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Ordenin ümumi təsviri

1.1. Azərbaycan Respublikasının “Rəşadət” ordeni (bundan sonra - orden) hər bir guşəsi qabarıq ikipilləli formalı, diametri 40 mm olan səkkizguşəli ulduz şəklində lövhədən ibarətdir. Ulduzun ikipilləli guşələrinin arasında ucları kürəcikli relyefli elementlər yerləşdirilmişdir.

1.2. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.

 

Maddə 2. Ordenin ön tərəfi

Səkkizguşəli ulduzun ön tərəfində iki dairə ilə əhatə olunmuş lövhə yerləşdirilmişdir. Birinci dairə ilə ikinci dairənin arasında ağ minalı fonda yuxarı hissədə qövs boyunca “RƏŞADƏT” sözü, aşağı hissədə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur. “RƏŞADƏT” sözünün hər iki tərəfində kompozisiyanı tamamlayan xətt vardır. İkinci dairənin daxilində tünd göy minalı fonda kəsişən iki qılıncın arasında kiçik səkkizguşəli ulduz yerləşdirilmişdir. “RƏŞADƏT” sözü, palıd yarpaqlarından ibarət çələng və səkkizguşəli ulduz relyeflidir.

 

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfinin səthi hamardır, aşağı hissəsində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

 

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 28 mm ölçülü, yuxarı hissəsi düzbucaqlı, aşağı hissəsi qövs formalı xara lentə ilgək və 2 halqa vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində ordenin 1-ci dərəcəsi üçün eni 5 mm olan bir qızılı zolaq; ordenin 2-ci dərəcəsi üçün hər birinin eni 2,5 mm olan iki qızılı zolaq və onların arasında eni 1 mm olan tünd göy rəngli bir zolaq; ordenin 3-cü dərəcəsi üçün hər birinin eni 1,5 mm olan üç qızılı zolaq və onların arasında hər birinin eni 1 mm olan tünd göy rəngli iki zolaq təsvir edilmişdir. Qızılı zolaqların kənarlarında – sağ və sol tərəflərində ordenin 1-ci dərəcəsi üçün eni 8,5 mm, 2-ci dərəcəsi üçün eni 8 mm, 3-cü dərəcəsi üçün eni 7,75 mm olan tünd göy rəngli zolaq, həmin zolağın yanında isə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 1,5 mm olan mavi, qırmızı və yaşıl rəngli üç zolaq və ardıcıl olaraq tünd göy, qızılı və tünd göy rəngli (hər birinin eni 1mm) daha üç zolaq vardır. Lentin üzərindəki zolaqların hamısı şaqulidir. Lentin alt hissəsinə üzərində dəfnə yarpaqlarından ibarət çələng əks olunmuş, ordenin dərəcəsinə uyğun metaldan hazırlanmış relyefli qövsvari lövhə bərkidilmişdir. Lövhənin mərkəzində eni 3 mm olan şaquli zolaq vardır.

4.2. Ordenə paltara bərkidilmək üçün elementi olan, ordenin dərəcəsinə uyğun xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

6 Dekabr 2017, 09:12

http://www.azertag.net

8271—8280 / 10511

24 İyul 2015, 09:07

S.D.Cəfərovun “Azərbaycan Polad İstehsalı Kompleksi”Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

22 İyul 2015, 09:07

Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında   ətraflı...

16 İyul 2015, 09:07

Reklam haqqında   ətraflı...

16 İyul 2015, 09:07

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

16 İyul 2015, 09:07

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə   ətraflı...