Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Əlavə 5
1. Ümumi müddəalar
1.1 Bu Qayda “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanının 5.2.2-ci yarımbəndinə müvafiq olaraq hazırlanmışdır və qeyri-neft sektorunda fəaliyyət göstərən rezident sahibkarların müvəkkil banklardan manatla aldıqları və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) təminat verdiyi kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi hallarını və qaydasını müəyyən edir.
1.2. Faiz subsidiyasını Cəmiyyət dövlət büdcəsinin vəsaiti hesabına ödəyir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün “faiz subsidiyası” dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”na uyğun olaraq Cəmiyyətin zəmanət verdiyi kreditlər üzrə ödənilmiş faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaiti başa düşülür.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nda müəyyən edilmiş mənaları ifadə edir.
3. Faiz subsidiyasının verilməsi halları
3.1. Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir.
3.2. Faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə aşağıdakı hədlərdə verilir:
3.2.1. müddəti 3 (üç) il və ondan az olan kreditlər üçün – illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında;
3.2.2. müddəti 3 (üç) ildən artıq olan kreditlər üçün – illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında.
3.3. Bu Qaydaların 3.2.1-ci və 3.2.2-ci yarımbəndləri ilə müəyyən edilən kreditlərin faiz dərəcələri müvafiq olaraq 14%-dən və 16%-dən aşağı olduqda, faiz subsidiyası kreditin faiz dərəcəsindən 6 faiz bəndi çıxılmaqla müəyyən edilir.
3.4. Müddəti 3 (üç) ildən artıq olan kreditlər üçün faiz subsidiyası maksimum 3 (üç) il müddətində verilir.
3.5. Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.
3.6. Faiz subsidiyası dövlətin maliyyə resursları hesabına verilən güzəştli kreditlərə şamil edilmir.
4. Müvəkkil bank üçün limitin müəyyən edilməsi
4.1. Hər bir müvəkkil bank üçün Cəmiyyətin Müşahidə Şurası tərəfindən faiz subsidiyası ilə əhatə olunan hər təqvim ili üzrə faiz subsidiyası limiti müəyyən edilir.
4.2. Müvəkkil bank üçün faiz subsidiyası limiti Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 11.2-ci, 11.3-cü, 11.6-cı, 11.7-ci, 11.10-cu və 11.11-ci bəndlərində göstərilən prosedurlara uyğun olaraq müəyyən edilir.
4.3. Müəyyən edilmiş limitin məbləği müvəkkil bankın faiz subsidiyası üçün müraciətindəki məbləğdən yüksəkdirsə, bu halda limit məbləğinin artıq olan hissəsi digər müvəkkil banklar arasında fərdi ballara uyğun olaraq bölüşdürülür. Bir müvəkkil bank üzrə müəyyən olunmuş fərdi limit həmin il üçün veriləcək faiz subsidiyasının ümumi məbləğinin 15%-indən çox ola bilməz.
4.4. Cari il üçün nəzərdə tutulmuş faiz subsidiyası limitindən tam istifadə edildikdə, müvəkkil bank həmin il ərzində illik faiz subsidiyası limitinin artırılması ilə bağlı Cəmiyyətə müraciət edə bilər. Bu zaman əlavə limitin ayrılması və ondan istifadə bu Qaydanın 4-cü hissəsi ilə tənzimlənir.
4.5. Müvəkkil bank tərəfindən təqvim ilində ona ayrılmış ilkin və ya azaldılmış faiz subsidiyası limitindən istifadə 90%-dən az olduqda, həmin ilkin və ya azaldılmış limitin istifadə olunmamış hissəsinə Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunmuş həddə cərimə tətbiq edilir.
4.6. Hər bir müvəkkil banka ayrılmış illik limit həmin bankın Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi müddət aralığında verdiyi kreditlərə görə bu Qaydanın 5.8-ci bəndinə əsasən ilk 12 (on iki) ay üçün hesablanmış faiz subsidiyasının cəmi məbləğinə şamil edilir.
5. Faiz subsidiyasının verilməsi üçün müraciət
5.1. Faiz subsidiyasının verilməsi üçün müvəkkil bank Cəmiyyətə aşağıdakı sənədləri təqdim edir:
5.1.1. faiz subsidiyasının verilməsi üçün Cəmiyyətin müəyyən etdiyi formada borcalanın müvəkkil banka müraciəti;
5.1.2. kreditin əsas məbləğini, ödənilməli faizlərini, o cümlədən ödənilməli olan faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən, formasını Cəmiyyətin müəyyənləşdirdiyi və müvəkkil bankın səlahiyyətli şəxsi tərəfindən imzalanan və möhürlə təsdiq edilən cədvəl.
5.2. Borcalana faiz subsidiyasının verilməsi üçün müvəkkil bankın müraciəti Cəmiyyətə zəmanət alınması ilə bağlı tələb olunan sənədlərlə eyni vaxtda təqdim edilir.
5.3. Kredit xətti üçün bu Qaydanın 5.1.2-ci yarımbəndində nəzərdə tutulan ödəniş cədvəli həmin kreditdən dərhal və tam məbləğdə istifadə edilməsi, hər ay üçün faiz ödənişlərinin aparılması və əsas borcun müddətin sonunda ödənilməsi nəzərdə tutulmaqla hazırlanır.
5.4. Müvəkkil bank bu Qaydanın 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların Cəmiyyətə təqdim ediləcəyi barədə borcalanın qabaqcadan razılığını alır.
5.5. Faiz subsidiyasının verilməsi üçün müvəkkil bankın müraciətinə Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 5.4–5.9-cu bəndlərində göstərilən qaydada baxır.
5.6. Cəmiyyət bu Qaydanın 3-cü hissəsində müəyyən olunmuş halları və Cəmiyyətin Müşahidə Şurasının hər bir müvəkkil bank üçün müəyyən etdiyi limiti nəzərə almaqla, faiz subsidiyasının verilməsinə və onun həcminə dair müvafiq qərar qəbul edir.
5.7. Cəmiyyətin borcalana faiz subsidiyası verməsi barədə müvafiq qərar zəmanət verilməsi ilə bağlı Cəmiyyətin qərarı ilə birlikdə müvəkkil banka təqdim olunur.
5.8. Müvəkkil bank borcalanla kredit müqaviləsi bağladıqdan sonra 3 (üç) iş günü müddətində, bu barədə məlumatı bu Qaydanın 5.1.2-ci yarımbəndində nəzərdə tutulan məlumatları əks etdirən və kredit müqaviləsinin əlavəsi kimi rəsmiləşdirilən cədvəllə birlikdə Cəmiyyətə təqdim edir.
6. Faiz subsidiyasının ödənilməsi
6.1. Bu Qaydanın 7-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müvəkkil bank hər rübdən sonra 5 (beş) iş günü müddətində borcalanın faktiki ödədiyi faizlərin və borcalana ödənilməli olan hesablanmış faiz subsidiyasının məbləğini əks etdirən hesabatı və faiz subsidiyasının ödənilməsinə dair yazılı müraciəti Cəmiyyətə təqdim edir. Hesabatın formasını Cəmiyyət müəyyənləşdirir.
6.2. Cəmiyyət bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 5 (beş) iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə müvəkkil bankın Azərbaycan Respublikasının Mərkəzi Bankında olan hesabına köçürür:
6.2.1. bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən borcalana ödənilməli faiz subsidiyası bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulmuş cədvəldə göstəriləcək faiz subsidiyasının məbləğindən çox olduqda – cədvəldə göstərilən məbləğdə;
6.2.2. bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən borcalana ödənilməli faiz subsidiyası bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulmuş cədvəldə göstəriləcək faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə.
6.3. Borcalanın zəmanət verilmiş krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstəriləcək faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz.
6.4. Müvəkkil bank faiz subsidiyasını 3 (üç) iş günü müddətində borcalanın həmin bankdakı cari hesabına köçürür.
6.5. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hesabatın müvəkkil bank tərəfindən təhrif olunmuş şəkildə təqdim olunması aşkar olunduqda, Cəmiyyət tərəfindən müvəkkil banka artıq ödənilmiş faiz subsidiyası müvəkkil bankın vəsaitləri hesabına geri qaytarılır.
6.6. Faiz subsidiyası yalnız bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulmuş cədvəldə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir.
7. Faiz subsidiyasının ödənilməsinin dayandırılması və ləğvi
7.1. Aşağıdakı hallarda borcalana faiz subsidiyasının ödənilməsi dayandırılır:
7.1.1. rübün sonuna borcalanın müvəkkil bankda olan hesabı üzərində müvafiq sərəncam olduqda – həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək);
7.1.2. rübün sonuna borcalan tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğdə ödənilənədək;
7.1.3. kredit müqaviləsi qüvvədə olduğu müddətdə borcalan barəsində iqtisadi fəaliyyət sahəsində cinayət törətməsi ilə bağlı cinayət işi başlandıqda və həmin cinayət işinə dair cinayət prosesini həyata keçirən orqanlardan müvəkkil banka məlumat daxil olduqda – cinayət işinə xitam verilməsinə dair müvafiq qərar qəbul edilənədək və ya borcalanın təqsirsiz hesab edilməsinə dair məhkəmə qərarı qüvvəyə minənədək.
7.2. Bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün borcalana ödənilməli faiz subsidiyası bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada müvəkkil banka köçürülür.
7.3. Aşağıdakı hallarda borcalana faiz subsidiyasının ödənilməsi ləğv edilir:
7.3.1. borcalanın bu barədə müraciəti olduqda;
7.3.2. borcalan sahibkarlıq fəaliyyətini dayandırdıqda, bu fəaliyyətə xitam verdikdə və ya onun bu fəaliyyətlə məşğul olmaq hüququ qanunla müəyyən edilmiş qaydada ləğv edildikdə;
7.3.3. iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən məhkəmə qərarı olduqda;
7.3.4. müqavilə üzrə ödənişlərinin icrası 90 (doxsan) gündən çox gecikən krediti restrukturizasiya olunduqda;
7.3.5. müvəkkil bankla bağlanmış çərçivə müqaviləsi ləğv edildikdə.
7.4. Bu Qaydanın 7.3-cü bəndində nəzərdə tutulmuş hallar yarandıqda, müvəkkil bank 3 (üç) iş günü müddətində Cəmiyyətə bu barədə məlumat verir.
8. Hesabatlılıq və monitorinq
Faiz subsidiyası verilmiş kreditlərdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı hesabatlılıq və monitorinq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq həyata keçirilir.
30 Noyabr 2017, 10:11
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaları haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında, 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Oktyabr 2018, 08:10
Kürdəmir rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (184 km)–Pirili–Muradxan–Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Sentyabr 2018, 09:09
M.Q.Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Sentyabr 2018, 09:09
Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...