“Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 777-VQ nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 777-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”nın müddəaları nəzərə alınmaqla “Beynəlxalq müqavilələr haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 noyabr 2017-ci il.

22 Noyabr 2017, 09:11

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...