Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

 

1. Rəbbin Asəf oğlu Vəliyev 1 saylı Şərur–Sədərək, Rəqsanə Yavuz qızı Məmmədova və Rahib Mərdan oğlu Mərdanov 54 saylı Şabran–Siyəzən, Qabil Təzəxan oğlu Hadiyev 72 saylı Yardımlı–Masallı, Sərraf Mahmud oğlu Əliyev 79 saylı İmişli, Səxavət Mahir oğlu Quliyev 103 saylı Gədəbəy, Kənan Kamran oğlu Abbaslı 108 saylı Ağstafa, Ruslan Felmar oğlu Ələkbərov 125 saylı Zəngilan–Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

 

2. Fariz Muxtar oğlu Rüstəmov 1 saylı Şərur–Sədərək, Gültəkin Dilavər qızı Cəfərova 33 saylı Xətai birinci, Qönçə Bəxtiyar qızı Əmrullazadə və Fuad Safalı oğlu Balabəyov 54 saylı Şabran–Siyəzən, Həsrət Şahbaz oğlu Hüseynov 103 saylı Gədəbəy, Aida Marks qızı Məmmədova 108 saylı Ağstafa, Gülşən Qafar qızı Ələkbərova 125 saylı Zəngilan–Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

16 Noyabr 2017, 09:11

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...