Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Zəngin mədəniyyət, adət-ənənə və dövlətçilik təcrübəsinə malik olan Azərbaycan müxtəlif tarixi şəraitlərdə özünəməxsus inkişaf yolu keçərək milli və dövlətçilik maraqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, demokratik və tolerant cəmiyyət quruculuğunda ardıcıl və qətiyyətli olmuş, haqq-ədalətə, insan haqlarına, beynəlxalq norma və prinsiplərə hörmət kimi bəşəri dəyərlərə əsaslanan zəngin tarixi idarəçilik irsi yaratmışdır. Hakimiyyətin formalaşması və idarə olunmasında xalq iradəsinin müəyyənedici meyara çevrilməsi prosesində dünyanın bir çox inkişaf etmiş ölkələrindən heç də geri qalmayan ölkəmiz bu şərəfli yolu uğurla keçmişdir. Bu iradənin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətə malik olan seçkilər institutu və onun inkişaf ənənələri də ölkəmizin şərəfli tarixinə sanballı töhfə vermiş və verməkdədir.

 

Ölkəmizdə seçki mədəniyyətinin yüksəldilməsi, seçki hüququnun təbliği və aşılanması ilə əlaqədar görülmüş işlər dövlət müstəqilliyi bərpa olunduqdan sonra mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq elmi, hədəfli, intensiv və nəticəli olmuşdur. Həmin dövrdən başlayaraq irimiqyaslı maarifləndirmə tədbirləri ilə müşayiət olunan seçki və referendumların aşkar şəraitdə keçirilməsi, onlarla bağlı bütün məlumatların dərhal və müfəssəl ictimailəşdirilməsi, seçki (referendum) davranışlarının toplumsal vərdişlərə çevrilməsi sahəsində həyata keçirilən rəngarəng fəaliyyət seçki subyektlərinin, ümumilikdə isə cəmiyyətin maarifləndirilməsi baxımından faydalı olmuşdur. Qeyd edilən fəaliyyətin tərkib hissəsi kimi seçki və referendumla bağlı bütün məlumatları öz zəngin internet səhifəsində, “Xəbərlər” jurnalında və kütləvi informasiya vasitələrində vaxtında və keyfiyyətlə ictimailəşdirən Mərkəzi Seçki Komissiyası Azərbaycanın seçki tarixinin araşdırılmasını və müxtəlif dövrlərdə keçirilmiş seçki və referendumlara aid məlumatların geniş ictimaiyyətə çatdırılmasını seçki ənənələrinin öyrənilməsi və maarifləndirmə baxımından faydalı və məqsədəmüvafiq hesab edir. Ona görə də Azərbaycanda seçkilərin tarixini əks etdirəcək materialların toplanılması məqsədilə geniş araşdırma işləri aparılaraq aidiyyəti qurum və subyektlərlə səmərəli əməkdaşlıq şəraitində xeyli arxiv sənədləri və digər materiallar əldə edilmişdir. Xalqımızın zəngin seçki tarixini, seçki institutunun və qanunvericilik bazasının inkişaf ənənələrini özündə əks etdirəcək Azərbaycanda seçkilərin tarixinə həsr edilmiş toplunun hazırlanması və nəşri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Xəbərlər” jurnalının Redaksiya Şurasına və Redaksiya Heyətinə həvalə edilməlidir. İşlər yekunlaşdırıldıqdan sonra toplunun nəşri ilə əlaqədar zəruri xərclərin ödənilməsi Mərkəzi Seçki Komissiyasına tədbirlər və digər məqsədlər üçün ayrılmış vəsait hesabına həyata keçirilməli (qanunvericiliyə uyğun həll edilməklə) və müvafiq olaraq tiraj müəyyən olunmalı, kitabın elektron nüsxəsi isə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir. Araşdırma materiallarının həcmi geniş olduğundan bəzi materialların (arxiv materialları, sənəd nümunələri, dövlət müstəqilliyi bərpa olunduqdan sonra keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslərin siyahıları və s.) kitaba və elektron nüsxəyə elektron variantda əlavə edilməsi məsələsinə redaksiya heyəti tərəfindən baxılmalıdır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.10-cu və 19.14-cü maddələrinə uyğun olaraq qərara alır:

 

1. Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması və nəşri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Xəbərlər” jurnalının Redaksiya Şurasına və Redaksiya Heyətinə həvalə edilsin.

2. Materiallarla iş başa çatdıqdan sonra kitab nəfis tərtib edilərək müasir standart və tələblərə cavab verən səviyyədə nəşr edilsin.

3. Bəzi materialların (arxiv materialları, sənəd nümunələri, dövlət müstəqilliyi bərpa olunduqdan sonra keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslərin siyahıları və s.) kitaba elektron variantda əlavə edilməsi məsələsi həll edilərək nəşrin elektron nüsxəsi Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilsin.

4. Toplunun nəşri Mərkəzi Seçki Komissiyasına tədbirlər və digər məqsədlər üçün ayrılmış vəsait hesabına (qanunvericiliyə uyğun həll edilməklə) həyata keçirilsin və müvafiq olaraq tiraj müəyyən olunsun.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

16 Noyabr 2017, 09:11

http://www.azertag.net

5931—5940 / 10511

10 Yanvar 2017, 10:01

Q.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 Yanvar 2017, 09:01

Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

5 Yanvar 2017, 10:01

Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə   ətraflı...

5 Yanvar 2017, 10:01

Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası   ətraflı...

30 Dekabr 2016, 09:12

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

S.H.Hacıyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

30 Dekabr 2016, 09:12

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında   ətraflı...

29 Dekabr 2016, 10:12

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi   ətraflı...