Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qədim tarixi keçmişin izlərini özündə yaşadan və milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Ən dərin fikirləri ən incə çalarlarınadək ifadə qüdrətinə malik dilimiz öz kamilliyi və zənginliyinə görə dünya dilləri içərisində layiqli yerini bu gün də qoruyub saxlayır.
Azərbaycan dilinin dövlət dili olaraq qorunması və işləkliyinin təmin edilməsi müstəqil dövlət quruculuğunun prioritet prinsipləri sırasındadır. Ötən illər ərzində Azərbaycan dilinin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun, fərman və sərəncamlar təsdiq edilmişdir. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan bu sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən etmişdir. Bütün bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Eyni zamanda, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya – azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin ardıcıllığının tənzimlənməsini və Azərbaycan dilinin işlənmə imkanlarının daha da genişləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası aşağıdakı yeni tərkibdə təsdiq edilsin:
Komissiyanın sədri
İlham Əliyev
–
Azərbaycan Respublikasının Prezidenti
Komissiya sədrinin müavinləri
Mehriban Əliyeva
–
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Ramiz Mehdiyev
–
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Akif Əlizadə
–
AMEA-nın prezidenti
Anar Rzayev
–
Azərbaycan Yazıçılar Birliyinin sədri
Komissiyanın üzvləri
Vasif Talıbov
–
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Elçin Əfəndiyev
–
Azərbaycan Respublikası Baş nazirinin müavini
Hacıbala Abutalıbov
–
Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Mikayıl Cabbarov
–
Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev
–
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Həsənov
–
Azərbaycan Respublikası Prezidentinin
İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri
İsa Həbibbəyli
–
AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Təhsil komitəsinin sədri, AMEA-nın həqiqi üzvü
Rafael Hüseynov
–
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA-nın həqiqi üzvü
Kamal Abdullayev
–
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü
Nizami Cəfərov
–
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü
Vasim Məmmədəliyev
–
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü
Teymur Kərimli
–
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Möhsün Nağısoylu
–
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Muxtar İmanov
–
AMEA-nın Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Əbülfəz Quliyev
–
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Arif Alışanov
–
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Mövlud Süleymanlı
–
xalq yazıçısı
Sabir Rüstəmxanlı
–
xalq şairi
Adil Babayev
–
Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor
Mübariz Yusifov
–
Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor
Elbrus Əzizov
–
Bakı Dövlət Universitetinin professoru
Buludxan Xəlilov
–
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru
Аydın Ələkbərov
–
filologiya elmləri doktoru, professor
İsmayıl Məmmədov
–
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor
Sayalı Sadıqova
–
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor
Afaq Vəliyeva
–
Tərcümə Mərkəzinin direktoru
Əflatun Amaşov
–
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Aydın İbadov
–
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru
2. Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 766 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 500; 2006, №9, maddə 743) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2017-ci il.
14 Noyabr 2017, 10:11
13 Mart 2020, 08:03
A.S.Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Mart 2020, 08:03
A.X.Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Mart 2020, 08:03
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Mart 2020, 08:03
Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Mart 2020, 08:03
B.Ə.Muradovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
“Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...