Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 580-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 10.6-cı maddədə “nümayəndələri” sözündən sonra “və vəkilləri” sözləri əlavə edilsin;
1.2. 19.2-ci maddə üzrə:
1.2.1. 19.2.1-ci maddədə “təyin edilmişsə” sözləri “, yaxud vəkili olmuşsa” sözləri ilə əvəz edilsin;
1.2.2. 19.2.2-ci maddədə “nümayəndəsinin” sözündən sonra “və ya vəkilinin” sözləri əlavə edilsin;
1.3. 20.2.1-ci maddədə “nümayəndələrindən” sözündən sonra “, yaxud vəkillərindən” sözləri əlavə edilsin;
1.4. 69-cu maddə üzrə:
1.4.1. aşağıdakı məzmunda 69.1-1-ci maddə əlavə edilsin:
“69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.”;
1.4.2. 69.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.”;
1.5. 70-ci maddə ləğv edilsin;
1.6. 72.5-ci maddədə “başqa şəxsə” sözləri “bu Məcəllənin 69.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə” sözləri ilə əvəz edilsin;
1.7. 150.0.3-cü maddədə “nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər” sözləri “iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən” sözləri ilə əvəz edilsin;
1.8. 179.2-ci maddədə “və nümayəndələrin” sözləri “, nümayəndələrin və vəkillərin” sözləri ilə əvəz edilsin;
1.9. 185-ci maddə üzrə:
1.9.1. adında “və nümayəndələrin” sözləri “, nümayəndələrinin və vəkillərinin” sözləri ilə əvəz edilsin;
1.9.2. 185.6-cı maddənin birinci və ikinci cümlələrində “nümayəndəsinin” sözündən sonra “, yaxud vəkilinin” sözləri əlavə edilsin;
1.10. 220.3-cü maddənin birinci cümləsində “və nümayəndələr” sözləri “, nümayəndələr və vəkillər” sözləri ilə əvəz edilsin;
1.11. 271.2-ci maddə üzrə:
1.11.1. 271.2.5-ci maddədə “nümayəndələrin” sözündən sonra “, vəkillərin” sözü əlavə edilsin;
1.11.2. 271.2.9-cu maddədə “və nümayəndələrin” sözləri “, nümayəndələrin və vəkillərin” sözləri ilə əvəz edilsin;
1.12. 361.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.”;
1.13. 393-cü maddənin mətnində “qəbul edildiyi” sözləri “qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi” sözləri ilə əvəz edilsin;
1.14. 400-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.”;
1.15. 402-ci maddədə “qətnamə və” sözləri “qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə” sözləri ilə əvəz edilsin;
1.16. 403.1-ci maddədə “maraqlı şəxslər” sözlərindən sonra “tələbləri təmin olunmadığı hallarda” sözləri əlavə edilsin;
1.17. Aşağıdakı məzmunda 404-1-ci maddə əlavə edilsin:
“404-1. Kassasiya şikayətinin mümkünlüyü
Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.”;
1.18. 408.1.1-ci maddədən “onu imzalamağa” sözləri çıxarılsın;
1.19. 415.2-ci maddədə “nümayəndələri” sözündən sonra “və vəkilləri” sözləri əlavə edilsin;
1.20. 415-1.4-cü maddədən birinci cümlə çıxarılsın və ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə qərar qəbul edir.”;
1.21. 417.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 417.1.7-ci maddə əlavə edilsin:
“417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.”;
1.22. 418-ci maddə üzrə:
1.22.1. 418.4.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 418.4.9-cu maddə əlavə edilsin:
“418.4.9. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa.”;
1.22.2. 418.5.-ci maddədə “418.4.6-cı” sözləri “418.4.6-418.4.9-cu” sözləri ilə əvəz edilsin;
1.23. 424.2.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 424.2.5-ci maddə əlavə edilsin:
“424.2.5. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa.”;
1.24. 429.0.3-cü maddədə “işi” sözündən sonra “kassasiya və ya” sözləri əlavə edilsin;
1.25. 431-4-cü maddə üzrə:
1.25.1. 431-4.2.1-ci və 431-4.3.1-ci maddələrdə “işin” sözündən sonra “kassasiya və ya” sözləri əlavə edilsin;
1.25.2. 431-4.3.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 431-4.3.5-ci və 431-4.3.6-cı maddələr əlavə edilsin:
“431-4.3.5. iş üzrə qəbul edilmiş məhkəmə aktlarının ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə;
431-4.3.6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı müddəaların nəzərə alınması və (və ya) icrası barədə.”.
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
2.2. Bu Qanunun 1.4-1.6-cı maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il.
8 Noyabr 2017, 09:11
25 İyul 2014, 09:07
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında ətraflı...
25 İyul 2014, 09:07
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı ətraflı...
25 İyul 2014, 09:07
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə ətraflı...
25 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
25 İyul 2014, 09:07
“Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında ətraflı...
25 İyul 2014, 09:07
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
25 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
25 İyul 2014, 09:07
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
25 İyul 2014, 09:07
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindəəməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
25 İyul 2014, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...