“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751) aşağıdakı dəyişikliklər edilsin:
1. 30.2.6-cı maddədə “otuz ildən çox tarixi” sözləri “1960-cı ildən əvvəlki dövrə aid” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 30.2-1-ci maddə əlavə edilsin:
“30.2-1. Kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir.”.
3. 41.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“41.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 30-cu maddəsində göstərilən mədəni sərvətləri mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edir və onlara mühafizə şəhadətnaməsi verir.”.
4. Aşağıdakı məzmunda 41.3-cü və 42.1-1-ci maddələr əlavə edilsin:
“41.3. Müvafiq icra hakimiyyəti orqanı mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirilməklə onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc edilməsini təmin etməlidir.
42.1-1. Bu Qanunun 30.2-1-ci maddəsində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2017-ci il.
7 Noyabr 2017, 09:1113 Noyabr 2014, 10:11
"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
13 Noyabr 2014, 10:11
"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 10:11
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
13 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü Cəlil Qeysəddin oğlu İbrahimovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə ətraflı...
11 Noyabr 2014, 09:11
M.M.Həsənova və H.M.Məmmədova “Əməkdar mühəndis”fəxri adının verilməsi haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...