“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751) aşağıdakı dəyişikliklər edilsin:
1. 30.2.6-cı maddədə “otuz ildən çox tarixi” sözləri “1960-cı ildən əvvəlki dövrə aid” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 30.2-1-ci maddə əlavə edilsin:
“30.2-1. Kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir.”.
3. 41.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“41.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 30-cu maddəsində göstərilən mədəni sərvətləri mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edir və onlara mühafizə şəhadətnaməsi verir.”.
4. Aşağıdakı məzmunda 41.3-cü və 42.1-1-ci maddələr əlavə edilsin:
“41.3. Müvafiq icra hakimiyyəti orqanı mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirilməklə onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc edilməsini təmin etməlidir.
42.1-1. Bu Qanunun 30.2-1-ci maddəsində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2017-ci il.
7 Noyabr 2017, 09:119 Mart 2017, 09:03
A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında ətraflı...
7 Mart 2017, 09:03
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
7 Mart 2017, 09:03
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə ətraflı...
7 Mart 2017, 09:03
8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik ətraflı...
7 Mart 2017, 09:03
L.Y.Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
7 Mart 2017, 09:03
T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ətraflı...
6 Mart 2017, 09:03
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında ətraflı...