Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Regionların davamlı və tarazlı inkişafının təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Son illərdə uğurla həyata keçirilən infrastruktur layihələri nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, əhalinin fasiləsiz içməli su təminatı sahəsində mühüm işlər görülmüşdür.

 

Bu tədbirlərin davamı olaraq, Şəmkir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin daha da yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə diametrləri 110-280 mm, uzunluğu 13,4 km olan paylayıcı su şəbəkəsinin və diametrləri 600-1200 mm, uzunluğu 15,2 km olan magistral kanalizasiya kollektorunun tikilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2017-ci il.

7 Noyabr 2017, 09:11

http://www.azertag.net

8761—8770 / 10511

5 Fevral 2015, 09:02

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1161-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Fevral 2015, 09:02

“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1129-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

5 Fevral 2015, 09:02

Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1131-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Fevral 2015, 09:02

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1146-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...