Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Regionların davamlı və tarazlı inkişafının təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Son illərdə uğurla həyata keçirilən infrastruktur layihələri nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, əhalinin fasiləsiz içməli su təminatı sahəsində mühüm işlər görülmüşdür.

 

Bu tədbirlərin davamı olaraq, Şəmkir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin daha da yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə diametrləri 110-280 mm, uzunluğu 13,4 km olan paylayıcı su şəbəkəsinin və diametrləri 600-1200 mm, uzunluğu 15,2 km olan magistral kanalizasiya kollektorunun tikilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2017-ci il.

7 Noyabr 2017, 09:11

http://www.azertag.net

7501—7510 / 10511

14 Yanvar 2016, 09:01

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 82-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

14 Yanvar 2016, 09:01

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

14 Yanvar 2016, 09:01

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

14 Yanvar 2016, 09:01

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

14 Yanvar 2016, 09:01

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında   ətraflı...

14 Yanvar 2016, 09:01

“Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

13 Yanvar 2016, 09:01

D.M.Şikarovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

13 Yanvar 2016, 09:01

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

13 Yanvar 2016, 09:01

M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

13 Yanvar 2016, 09:01

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...