Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafında, müasir ifaçılıq sənətimizin, milli və dünya klassik musiqisinin təbliğində uzunillik səmərəli fəaliyyəti ilə seçilən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin rolunu nəzərə alaraq, onun işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. 2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərinin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan Respublikasının Prezidentinin əlavəsi müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusun verilməsi barədə qərarını 2017-ci il noyabrın 1-dən tətbiq etsin.
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2017-ci il.
6 Noyabr 2017, 09:11
6 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 oktyabr 2015-ci il tarixli 26 saylı müraciətə baxılması barədə ətraflı...
6 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 oktyabr 2015-ci il tarixli 26 saylı müraciətə baxılması barədə ətraflı...
6 Oktyabr 2015, 08:10
Mərkəzi Seçki Komissiyasının 29 sentyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
6 Oktyabr 2015, 08:10
D.Kokonun İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında ətraflı...
6 Oktyabr 2015, 08:10
A.S.Şükürovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
5 Oktyabr 2015, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
5 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2015-ci il tarixli 22 saylı və 2 oktyabr 2015-ci il tarixli 23 saylı müraciətlərə baxılması barədə ətraflı...
5 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 30 sentyabr 2015-ci il tarixli 20 saylı müraciətə baxılması barədə ətraflı...
5 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 30 sentyabr 2015-ci il tarixli 19 saylı müraciətə baxılması barədə ətraflı...
5 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 oktyabr 2015-ci il tarixli 24 saylı müraciətə baxılması barədə ətraflı...