İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının davamlı inkişafı, əhalinin sağlamlığının qorunması və layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasındadır və bu sahədə müntəzəm işlər görülməkdədir. Son illər qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli suyun fasiləsizliyini təmin etmək, habelə istehlak edilən suyun uçotunu dəqiq aparmaq və itkilərin qarşısını almaq məqsədilə müvafiq suölçən cihazların quraşdırılması başlıca şərtdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istehlakçılara suölçən cihazların quraşdırılması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:
1. Əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2017-ci il.
27 Oktyabr 2017, 05:1029 Fevral 2016, 09:02
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 128-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
29 Fevral 2016, 09:02
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 120-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
29 Fevral 2016, 09:02
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 127-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
29 Fevral 2016, 09:02
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 122-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
29 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...