“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.11-ci maddədən “təkmil sertifikata malik” sözləri çıxarılsın.
2. 2.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.15-ci və 2.0.16-cı maddələr əlavə edilsin:
“2.0.15. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;
2.0.16. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – əcnəbi və vətəndaşlığı olmayan şəxsə məxsus gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) dövlət qeydiyyatıdır.”.
3. 4.3-cü maddəyə “yerli” sözündən sonra “və ya xarici” sözləri əlavə edilsin.
4. 7.1.2-ci maddə ləğv edilsin.
5. 7.2-ci maddədə “Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər” sözləri “Əcnəbilər” sözü ilə əvəz edilsin.
6. 7-1-ci maddənin birinci cümləsinə “qeydiyyatı” sözündən sonra “, habelə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı” sözləri əlavə edilsin.
7. Aşağıdakı məzmunda 7-2-ci maddə əlavə edilsin:
“Maddə 7-2. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron
dövlət qeydiyyatı
7-2.1. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir.
7-2.2. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) fəaliyyət sahəsi barədə məlumatı bəyan edir, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.
7-2.3. Elektron dövlət qeydiyyatı zamanı xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur.
7-2.4. Elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin elektron ünvanına göndərilir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndərilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il.
18 Oktyabr 2017, 09:10
13 Oktyabr 2020, 20:10
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR ətraflı...
7 Oktyabr 2020, 15:10
Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Sentyabr 2020, 11:09
Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Sentyabr 2020, 11:09
“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
27 Sentyabr 2020, 19:09
Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Sentyabr 2020, 20:09
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Sentyabr 2020, 20:09
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Sentyabr 2020, 20:09
Ə.P.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Sentyabr 2020, 20:09
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Sentyabr 2020, 20:09
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...