Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi Ağdaş rayonunda da bir sıra mühüm işlər görülmüş, Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, əlil və şəhid ailələri üçün yaşayış binası və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, mədəniyyət və istirahət parkı yenidən qurulmuş, iri istehsal və emal müəssisələri yaradılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı infrastruktur layihələri və abadlıq-quruculuq işləri həyata keçirilmiş, rayon mərkəzi milli arxitektura elementlərini özündə əks etdirən müasir şəhərə çevrilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağdaş rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Ağdaş Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 may 2014-cü il.

5 May 2014, 09:05

http://www.azertag.net

4571—4580 / 10511

28 Noyabr 2017, 10:11

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

28 Noyabr 2017, 10:11

Ş.H.Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

28 Noyabr 2017, 10:11

E.R.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2017, 09:11

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2017, 09:11

Y.Ə.Yusibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

27 Noyabr 2017, 09:11

G.A.Rəsulovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında   ətraflı...

27 Noyabr 2017, 09:11

M.Ə.Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

24 Noyabr 2017, 09:11

A.Q.Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

22 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

22 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...