"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 112
Bakı şəhəri, 25 aprel 2014-cü il
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəliqərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın "Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirlər" bölməsinin 3-cü hissəsinə uyğun olaraq, alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4, II kitab, maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458) aşağıdakı məzmunda 4.22-ci bənd əlavə edilsin:
"4.22. "Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".
2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 aprel tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə
S İ Y A H I S I
XİFMN üzrə kodu |
Mal mövqelərinin adları |
1 |
2 |
Qrup 39-dan |
|
3917 21 900 9 |
İstilik nasosları üçün polietilen boru zondlar |
3926 90 970 9 |
İstilik nasosları üçün U-tipli plastik zondların ucluqları |
Qrup 70-dən |
|
7007 19 800 0 7007 29 000 0 |
Günəş panellərinin və LED lampaların istehsalı üçün qoruyucu möhkəmləndirilmiş şüşə qatları |
7011 10 000 0 |
Günəş panellərinin və LED lampaların istehsalı üçün şüşələr |
Qrup 73-dən |
|
7306 90 000 0 |
Kiçik su elektrik stansiyaları üçün borular |
7308 90 100 0 |
Kiçik su elektrik stansiyaları üçün şlüz qapılar |
7308 90 990 0 |
Külək enerjili elektrik qurğuları üçün qara metaldan nərdivan qoyulan meydança, metal konstruksiyalar |
7311 00 990 0 |
Biokütlə qurğuları üçün qazqolder, resiver çənləri |
7312 10 830 0 |
Ölçü müşahidə stansiyaları üçün diametri 12-24 mm olan troslar |
7326 90 980 0 |
Ölçü müşahidə stansiyaları üçün günəş panellərinin sıxacları, troslar üçün xamutlar və sıxaclar |
1 |
2 |
Qrup 76-dan |
|
7610 90 900 0 |
Günəş panellərinin və LED lampaların istehsalı üçün günəş panellərinin quraşdırılma hissələri (çərçivələr-alüminium profillər) |
Qrup 84-dən |
|
8402 19 900 0 |
Günəş elektrik və günəş istilik stansiyaları üçün buxar generatorları |
8404 20 000 0 |
Geotermal stansiyalar üçün buxarlandırıcı kondensatorlar |
8406 82 000 0 |
Günəş elektrik, günəş istilik və geotermal stansiyalar üçün buxar turbinləri |
8410 11 000 0 8410 12 000 0 8410 90 000 0 |
Gücü 10 000 kVt-dan çox olmayan hidravlik turbinlər və su təkərləri, onların hissələri |
8413 |
Kiçik su elektrik stansiyaları və biokütlə qurğuları üçün dişli çarxlı, fekal, istilik və mərkəzdənqaçma nasosları |
8414 |
Biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün qaz kompressorları, vintli kompressorlar, porşenli kompressorlar |
8417 80 700 0 |
Biokütlə qurğuları üçün xüsusi soba |
8419 19 000 0 8419 31 000 0 8419 39 000 0 8419 50 000 9 |
Günəş kollektorları, geotermal stansiyalar və biokütlə qurğuları üçün qızdırıcılar, peyin quruducuları, isitmə cihazları, kondensatorlar, bivalent boylerlər, günəş panellərinin və LED lampaların istehsalı üçün soyuducu radiatorlar, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar |
8419 89 989 0 |
Biokütlə qurğuları üçün bioreaktor |
8421 19 700 0 |
Biokütlə qurğuları üçün peyin separatorları |
8422 40 000 0 |
Biokütlə qurğuları üçün duru peyinin qablaşdırılması üçün avadanlıq |
8424 30 010 0 |
Günəş modulları şüşələrinin yuyulması üçün qurğu |
8428
|
Külək qurğusunun qülləsinin içərisində avadanlıqların və adamların qaldırılıb və endirilməsi üçün lift; biokütlə qurğuları və LED lampaların istehsalı üçün konveyerlər; günəş modullarında istifadə edilən şüşələrin daşınması üçün yarımavtomat qurğular |
1 |
2 |
8443 19 700 0 |
LED lampaların istehsalı üçün trafaret çap maşınları |
8456 10 001 0 |
Günəş modullarının kənarlarının kəsilməsi üçün lazer dəzgah |
8461 50 900 0 |
Günəş modulları üçün metal folqaların kəsilməsi üçün dəzgahlar |
8471 50 000 0 |
Külək enerjili elektrik qurğularında istifadə olunan, qurğunun parametrlərinə aid məlumatları toplamaq, saxlamaq və ötürmək üçün yaddaş qurğuları |
8479 50 000 0 8479 89 970 0 |
Günəş modullarının laminasiyası və modulların çərçivələnməsi, LED lampaların montajı və qablaşdırılması, LED lampaların istehsalı üçün SMD elektrik komponentlərinin avtomatik quraşdırılması və şüşə lövhələrin qaldırılması üçün qurğular |
8483 20 000 0 |
Külək enerjili elektrik qurğuları rotorunun çarx topları |
8483 40 590 0 |
Külək enerjili elektrik qurğularının reduktorları |
Qrup 85-dən |
|
8501 31 000 9 |
Günəş elektrik və günəş istilik stansiyaları üçün PV hüceyrələri və fotoelementləri, optik konsentratorlar |
8501 61 800 9 8501 62 000 9 8501 63 000 9 8501 64 000 0 |
Külək enerjili elektrik qurğuları, geotermal stansiyalar və kiçik su elektrik stansiyaları üçün generatorlar |
8502 39 800 0 |
Biokütlə qurğuları üçün resiver çənləri, bioqaz-elektrik generatorları, kogenerasiya qurğuları |
8503 00 990 0 |
Külək enerjili elektrik qurğusunun rotoru (turbini), qandolası (kabinəsi), rotorun pərləri, disk bağlayıcıları, istiqamətləndirici aparatlar, küləyin istiqamətini təyin edən quyruq hissə |
8504 21 000 0 8504 22 100 0 8504 22 900 0 8504 23 000 0 8504 32 000 0 8504 33 000 0 8504 34 000 0 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün güc, yağ, yüksəldici və ölçü transformatorları |
1 |
2 |
8504 40 820 0 |
Kiçik su elektrik stansiyaları, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları və istilik nasosları üçün cərəyan düzləndiriciləri |
8504 40 840 9 8504 40 880 0 |
Külək enerjili elektrik qurğularının invertorları |
8514 10 800 0 |
LED lampaların istehsalı üçün lehim pastasını əritmə sobaları |
8515 19 000 0 |
Elektrik naqillərinin günəş modullarına lehimlənməsi üçün cihazlar |
8517 61 000 9 |
Kiçik su elektrik, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və ölçü müşahidə stansiyaları üçün GSM radioötürücü qurğular |
8535 21 000 0 8535 29 000 0 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, kiçik su elektrik stansiyaları, geotermal stansiyalar və istilik nasosları üçün açarlar, yağ açarları |
8535 30 900 0 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları və biokütlə qurğuları üçün ayırıcılar |
8535 40 000 0 |
Külək enerjili elektrik qurğularında quraşdırılması üçün ildırımötürənlər, ölçü-müşahidə stansiyaları üçün torpaqlama kabeli, paratoner dəsti |
8535 90 000 0 |
Kiçik su elektrik, günəş elektrik və günəş istilik stansiyaları üçün elektrik paylayıcıları |
8536 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları, ölçü müşahidə stansiyaları, günəş panelləri və LED lampalar istehsal edən zavod üçün ayırıcılar, kabellərin birləşdirilməsi və toplanılması üçün qutu, kabel birləşmələri, kabel-rozetka dəsti, günəş panellərinin bloku (klem qutusu) |
8537 10 990 0 8537 20 910 0 8537 20 990 0 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, kiçik su elektrik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və ölçü-müşahidə stansiyaları üçün paylayıcı şit, idarəedici şkaflar, yüksəkgərginlikli mühafizəli kabinet |
1 |
2 |
8541 |
Günəş panelləri və LED lampalar istehsal edən zavod üçün LED lampaların çipləri (işıq diodları) Günəş panelləri, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar Günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar |
8544 20 000 0 8544 49 200 0 8544 49 950 0 8544 49 990 0 8544 60 100 0 8544 60 900 0 8544 70 000 0 |
Külək enerjili elektrik qurğularında, günəş elektrik və günəş istilik stansiyalarında istifadə edilməsi üçün günəş panelləri və LED lampalar istehsal edən zavod üçün optik-lifli kabel (LVS), elektrik güc kabelləri, kommunikasiya kabelləri, birləşdirici naqillər |
Qrup 90-dan |
|
9015 80 110 0 9015 80 930 0 |
Ölçü-müşahidə stansiyaları üçün anemometr, piranometr, günəş elektrik və günəş istilik stansiyaları üçün günəş ölçü sistemi: aktinometr, pirqeliometr |
9026 20 200 0 |
Ölçü-müşahidə stansiyaları üçün pyezoelektrik hava təzyiqi sensoru |
9030 32 000 0 9030 89 300 0 |
Günəş modullarının elektrik xarakteristikalarının yoxlanılması üçün tester qutusu, LED lampaların elektrik xarakteristikalarının yoxlanılması üçün qurğu, kiçik su elektrik stansiyaları üçün tənzimləyici qurğu |
9032
|
Günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və kiçik su elektrik stansiyaları üçün avtomat elektron tənzimləyicilər, termostatlar |
1 İyun 2022, 08:06
Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli 1325 nömrəli, “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” 2021-ci il 26 iyun tarixli 1383 nömrəli və “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 9 avqust tarixli 1415 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2022, 08:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 12 fevral tarixli 1815 nömrəli, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 13 fevral tarixli 1816 nömrəli, “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 1859 nömrəli, “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2020-ci il 13 mart tarixli 1937 nömrəli və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 22 iyul tarixli 2173 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 08:06
Azərbaycan Respublikası Prezidentinin “2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş” üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə” 2007-ci il 13 iyun tarixli 2222 nömrəli, “Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2007-ci il 20 iyun tarixli 2236 nömrəli və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” 2007-ci il 3 iyul tarixli 2283 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 08:06
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
25 May 2022, 16:05
“AzərbaycanRespublikasınındövlətbüdcəsinintərkibində “Avtomobilyolları” MəqsədliBüdcə Fondununyaradılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 2006-cı il 12 oktyabrtarixli 1729 nömrəliSərəncamındadəyişiklikedilməsibarədə AzərbaycanRespublikası PrezidentininSərəncamı ətraflı...
25 May 2022, 16:05
“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 May 2022, 16:05
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 May 2022, 08:05
C.Q. Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 May 2022, 08:05
C.Q. Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 May 2022, 07:05
S.Q.Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...