"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 112

Bakı şəhəri, 25 aprel 2014-cü il

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük   rüsumlarının  dərəcələri  haqqında"   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəliqərarında dəyişiklik edilməsi barədə

 Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın "Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirlər" bölməsinin 3-cü hissəsinə uyğun olaraq, alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000,  № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4, II kitab, maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009,  № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010,  № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458) aşağıdakı məzmunda 4.22-ci bənd əlavə edilsin:

"4.22. "Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir.

 Azərbaycan Respublikasının  Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 25 aprel tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan  Respublikası  Alternativ  və  Bərpa  Olunan  Enerji Mənbələri üzrə Dövlət Agentliyinin  təsdiqedici  sənədləri  əsasında, alternativ  və  bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə  verilmiş   şəxslər  tərəfindən  gömrük  rüsumlarından   azad olunmaqla  idxal  edilən,  alternativ və bərpa olunan enerji və  ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə

 

S İ Y A H I S I

 

XİFMN üzrə kodu

Mal mövqelərinin adları

1

2

Qrup 39-dan

 

3917 21 900 9

İstilik nasosları üçün polietilen boru zondlar

3926 90 970 9

İstilik nasosları üçün U-tipli plastik zondların ucluqları

Qrup 70-dən

 

7007 19 800 0

7007 29 000 0

Günəş panellərinin və LED lampaların istehsalı üçün qoruyucu möhkəmləndirilmiş şüşə qatları

7011 10 000 0

Günəş panellərinin və LED lampaların istehsalı üçün şüşələr

Qrup 73-dən

 

7306 90 000 0

Kiçik su elektrik stansiyaları üçün borular

7308 90 100 0

Kiçik su elektrik stansiyaları üçün şlüz qapılar

7308 90 990 0

Külək enerjili elektrik qurğuları üçün qara metaldan nərdivan qoyulan meydança, metal konstruksiyalar

7311 00 990 0

Biokütlə qurğuları üçün qazqolder, resiver çənləri

7312 10 830 0

Ölçü müşahidə stansiyaları üçün diametri 12-24 mm olan troslar

7326 90 980 0

Ölçü müşahidə stansiyaları üçün günəş panellərinin sıxacları, troslar üçün xamutlar və sıxaclar

 

 

 

1

2

Qrup 76-dan        

 

7610 90 900    0             

Günəş panellərinin və LED lampaların istehsalı üçün günəş panellərinin quraşdırılma hissələri (çərçivələr-alüminium profillər)

Qrup 84-dən

 

8402 19 900 0

Günəş elektrik və günəş istilik stansiyaları üçün buxar generatorları

8404 20 000 0

Geotermal stansiyalar üçün buxarlandırıcı kondensatorlar

8406 82 000 0

Günəş elektrik, günəş istilik və geotermal stansiyalar üçün buxar turbinləri

8410 11 000 0

8410 12 000 0

8410 90 000 0

Gücü 10 000 kVt-dan çox olmayan hidravlik turbinlər və su təkərləri, onların hissələri

8413

Kiçik su elektrik stansiyaları və biokütlə qurğuları üçün dişli çarxlı, fekal, istilik və mərkəzdənqaçma nasosları

8414

Biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün qaz kompressorları, vintli kompressorlar, porşenli kompressorlar

8417 80 700 0

Biokütlə qurğuları üçün xüsusi soba

8419 19 000 0

8419 31 000 0

8419 39 000 0

8419 50 000 9

Günəş kollektorları, geotermal stansiyalar  və biokütlə qurğuları üçün qızdırıcılar, peyin quruducuları, isitmə cihazları, kondensatorlar, bivalent boylerlər, günəş panellərinin və LED lampaların istehsalı üçün soyuducu radiatorlar, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar

8419 89 989 0

Biokütlə qurğuları üçün bioreaktor

8421 19 700 0

Biokütlə qurğuları üçün peyin separatorları

8422 40 000 0

Biokütlə qurğuları üçün duru peyinin qablaşdırılması üçün avadanlıq

8424 30 010 0

Günəş modulları şüşələrinin yuyulması üçün qurğu

8428

 

Külək qurğusunun qülləsinin içərisində avadanlıqların və adamların qaldırılıb və endirilməsi üçün lift; biokütlə qurğuları və LED lampaların istehsalı üçün konveyerlər; günəş modullarında istifadə edilən şüşələrin daşınması üçün yarımavtomat qurğular

 

 

1

2

8443 19 700 0               

LED lampaların istehsalı üçün trafaret çap maşınları

8456 10 001 0

Günəş modullarının kənarlarının kəsilməsi üçün lazer dəzgah

8461 50 900 0

Günəş modulları üçün metal folqaların kəsilməsi üçün dəzgahlar

8471 50 000 0

Külək enerjili elektrik qurğularında istifadə olunan, qurğunun parametrlərinə aid məlumatları toplamaq, saxlamaq və ötürmək üçün yaddaş qurğuları

8479 50 000 0

8479 89 970 0

Günəş modullarının laminasiyası və modulların çərçivələnməsi, LED lampaların montajı və qablaşdırılması, LED lampaların istehsalı üçün SMD elektrik komponentlərinin avtomatik quraşdırılması və şüşə lövhələrin qaldırılması üçün qurğular

8483 20 000 0

Külək enerjili elektrik qurğuları rotorunun çarx topları

8483 40 590 0

Külək enerjili elektrik qurğularının reduktorları

Qrup 85-dən

 

8501 31 000 9

Günəş elektrik və günəş istilik stansiyaları üçün PV hüceyrələri və fotoelementləri, optik konsentratorlar

8501 61 800 9

8501 62 000 9

8501 63 000 9

8501 64 000 0

Külək enerjili elektrik qurğuları, geotermal stansiyalar və kiçik su elektrik stansiyaları üçün generatorlar

8502 39 800 0

Biokütlə qurğuları üçün resiver çənləri, bioqaz-elektrik generatorları, kogenerasiya qurğuları

8503 00 990 0

Külək enerjili elektrik qurğusunun rotoru (turbini), qandolası (kabinəsi), rotorun pərləri, disk bağlayıcıları, istiqamətləndirici aparatlar, küləyin istiqamətini təyin edən quyruq hissə

8504 21 000 0

8504 22 100 0

8504 22 900 0

8504 23 000 0

8504 32 000 0

8504 33 000 0

8504 34 000 0

Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün güc, yağ, yüksəldici və ölçü transformatorları

 

 

1

2

8504 40 820 0                   

Kiçik su elektrik stansiyaları, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları və istilik nasosları üçün cərəyan düzləndiriciləri

8504 40 840 9

8504 40 880 0

Külək enerjili elektrik qurğularının invertorları

8514 10 800 0

LED lampaların istehsalı üçün lehim pastasını əritmə sobaları

8515 19 000 0

Elektrik naqillərinin günəş modullarına lehimlənməsi üçün cihazlar

8517 61 000 9

Kiçik su elektrik, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və ölçü müşahidə stansiyaları üçün GSM radioötürücü qurğular

8535 21 000 0

8535 29 000 0

Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, kiçik su elektrik stansiyaları, geotermal stansiyalar və istilik nasosları üçün açarlar, yağ açarları

8535 30 900 0

Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları və biokütlə qurğuları üçün ayırıcılar

8535 40 000 0

Külək enerjili elektrik qurğularında quraşdırılması üçün ildırımötürənlər, ölçü-müşahidə stansiyaları üçün torpaqlama kabeli, paratoner dəsti

8535 90 000 0

Kiçik su elektrik, günəş elektrik və günəş istilik stansiyaları üçün elektrik paylayıcıları

8536

Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları, ölçü müşahidə stansiyaları, günəş panelləri və LED lampalar istehsal edən zavod üçün ayırıcılar, kabellərin birləşdirilməsi və toplanılması üçün qutu, kabel birləşmələri, kabel-rozetka dəsti, günəş panellərinin bloku (klem qutusu)

8537 10 990 0

8537 20 910 0

8537 20 990 0

Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, kiçik su elektrik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və ölçü-müşahidə stansiyaları üçün paylayıcı şit, idarəedici şkaflar, yüksəkgərginlikli mühafizəli kabinet

 

 

1

2

8541                           

Günəş panelləri və LED lampalar istehsal edən zavod üçün LED lampaların çipləri (işıq diodları)

Günəş panelləri, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar

Günəş elektrik və günəş istilik stansiyaları üçün PV  və optik konsentratorlar

8544 20 000 0

8544 49 200 0

8544 49 950 0

8544 49 990 0

8544 60 100 0

8544 60 900 0

8544 70 000 0

Külək enerjili elektrik qurğularında, günəş elektrik və günəş istilik stansiyalarında istifadə edilməsi üçün günəş panelləri və LED lampalar istehsal edən zavod üçün optik-lifli kabel (LVS), elektrik güc kabelləri, kommunikasiya kabelləri, birləşdirici naqillər

Qrup 90-dan

 

9015 80 110 0

9015 80 930 0

Ölçü-müşahidə stansiyaları üçün anemometr, piranometr, günəş elektrik və günəş istilik stansiyaları üçün günəş ölçü sistemi: aktinometr, pirqeliometr

9026 20 200 0

Ölçü-müşahidə stansiyaları üçün pyezoelektrik hava təzyiqi sensoru

9030 32 000 0

9030 89 300 0

Günəş modullarının elektrik xarakteristikalarının yoxlanılması üçün tester qutusu, LED lampaların elektrik xarakteristikalarının yoxlanılması üçün qurğu, kiçik su elektrik stansiyaları üçün tənzimləyici qurğu

9032

 

Günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və kiçik su elektrik stansiyaları üçün avtomat elektron tənzimləyicilər, termostatlar

2 May 2014, 16:05

http://cabmin.gov.az/

3191—3200 / 10511

21 Noyabr 2018, 08:11

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Noyabr 2018, 08:11

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

19 Noyabr 2018, 08:11

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

19 Noyabr 2018, 08:11

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1300-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

19 Noyabr 2018, 08:11

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

19 Noyabr 2018, 08:11

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1304-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

19 Noyabr 2018, 08:11

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

19 Noyabr 2018, 08:11

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

19 Noyabr 2018, 08:11

“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

19 Noyabr 2018, 08:11

“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919─2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1290-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...