"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 mart tarixli 63 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 111

Bakı şəhəri, 24 aprel 2014-cü il

"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  kollegiyasının  tərkibi  haqqında"  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 mart tarixli 63 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"yə  əsasən, Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2012-ci il 13 mart tarixli 63 nömrəli qərarının (Azərbaycan Respublikasının  Qanunvericilik Toplusu, 2012, № 3, maddə 261) 1-ci hissəsi ilə təsdiq edilmiş kollegiyanın tərkibi aşağıdakı redaksi-yada verilsin:

"Kollegiyanın sədri

 Müslümov Səlim Yanvar oğlu  - Azərbaycan Respublikası əmək və əhalinin  sosial müdafiəsi naziri

 Kollegiyanın üzvləri:

 İsayev İdris Balakişi oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Kərimli Mətin İmdad oğlu   - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Məmmədov Natiq Nəsir oğlu  - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Rəhimov İlqar Elxan oğlu  - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Səfərov Cavid Fəxrəddin oğlu - Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

 

Cəbiyev Əjdər Feyzulla oğlu  - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının  rəhbəri

 

Əlizadə Fuad Rəhim oğlu  - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi  

 

Bədəlbəyli Anar Rasim oğlu - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Məşğulluq Xidmətinin rəisi

 

Əliyev Çingiz Mirzəkişi oğlu - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi

 

Cəfərova Şəlalə Ziyad qızı - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının  iqtisadiyyat şöbəsinin müdiri.".

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 
 

Azərbaycan Respublikasının  Baş naziri  Artur Rasi-zadə

 

 

2 May 2014, 16:05

http://cabmin.gov.az/

3251—3260 / 10511

1 Noyabr 2018, 08:11

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 fevral tarixli 1227 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 Noyabr 2018, 08:11

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

1 Noyabr 2018, 08:11

“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1265-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Noyabr 2018, 08:11

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1250-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Noyabr 2018, 08:11

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

1 Noyabr 2018, 08:11

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1266-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Noyabr 2018, 08:11

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

1 Noyabr 2018, 08:11

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1263-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Noyabr 2018, 08:11

Beyləqan rayonunun Kəbirli–Eyvazalılar–Birinci Aşıqlı–Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Noyabr 2018, 08:11

Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...