"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 109
Bakı şəhəri, 23 aprel 2014-cü il
"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının 1.1.5-1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası" təsdiq edilsin (3 nömrəli əlavə).
4. "Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi Qaydası" təsdiq edilsin (4 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi
Q A Y D A S l
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən hazırlanmışdır və uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını da əhatə edir.
1.3. Uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq həyata keçirilir.
1.4. Uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisələri tərəfindən dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq tərtib edilmiş müayinə cədvəlinə və sahə prinsipinə əsasən həyata keçirilir.
1.5. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar.
1.6. Tibbi-profilaktik müayinələrin nəticələri "Uşağın inkişaf tarixi"ndə (AZS 112/u) qeyd edilir və "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"nə (VESKS) daxil edilir.
1.7. Hər ilin sonunda tibb müəssisəsi tərəfindən uşaqların icbari dispanserizasiyası işi təhlil olunaraq rəsmi statistik hesabat hazırlanır və tabeliyi üzrə müvafiq səhiyyə idarə və ya müəssisəsinə təqdim edilir.
2. Dispanserizasiyadan keçən uşaqların dispanser qeydiyyata götürülməsi və dispanser qeydiyyatdan çıxarılması
2.1. Tibbi-profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar sağlamlıq qruplarına bölünürlər.
2.2. Xəstə və xəstələnmə riski olan uşaqlar dispanser müşahidəsinə götürülür və onlara "Uşağın Dispanser Müşahidə Kartı" (AZS 030/u) açılır.
2.3. Hər bir xəstə və xəstələnmə riski olan uşağa dispanserizasiya planı tərtib edilir. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər əks olunur.
2.4. Dispanserizasiya planına uyğun olaraq uşağa aparılan müayinə və müalicə tədbirləri barədə məlumatlar "Uşağın Dispanser Müşahidə Kartı"nda (AZS 030/u) qeyd edilir və VESKS-yə daxil edilir.
2.5. Dispanser qeydiyyatında olan uşaq müalicədən və uzunmüddətli remissiyadan sonra sahə həkiminin və mütəxəssislərin ümumi rəyi əsasında qeydiyyatdan çıxarılır.
2.6. Xəstə uşaq dispanser qeydiyyatından çıxarılmırsa, yeni təqvim ili üçün sağlamlaşdırıcı tədbirlər planı tərtib edilir və "Uşağın Dispanser Müşahidə Kartı"nda (AZS 030/u) və VESKS-də qeydiyyat davam etdirilir.
3. Bəzi kateqoriyadan olan uşaqların icbari dispanserizasiyasının xüsusiyyətləri
3.1. Təhsil alan uşaqların dispanserizasiyası məqsədi ilə ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisəsi tərəfindən onların tibbi-profilaktik müayinə cədvəli tərtib olunur və müayinələrin keçiriləcəyi təhsil müəssisəsinin rəhbərliyi ilə razılaşdırılır.
3.2. Təhsil alan uşaqların tibbi-profilaktik müayinələri təhsil aldıqları yerlərdə həyata keçirilir. Bu məqsədlə təhsil müəssisələri tərəfindən müayinələrin həyata keçirilməsi üçün şərait yaradılır. Təhsil müəssisəsində həyata keçirilməsi mümkün olmayan tibbi-profilaktik müayinələr ərazi üzrə səhiyyə müəssisələrində aparılır.
3.3. Cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən həyata keçirilir.
3.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar onlar üçün müəssisələrdə, yəni onların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələrində, ailə tipli uşaq evlərində, əhalinin sosial müdafiəsi müəssisələrində (uşaq evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar), səhiyyə sistemi müəssisələrində və qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələrində yerləşdirildiyi halda onların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi müayinələr bu müəssisələrdə həyata keçirilir. Tibbi-profilaktik müayinələrin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə aparılması mümkün olmadıqda, həmin müayinələr ərazi üzrə səhiyyə müəssisələrində, yaxud səhiyyə müəssisələri tərəfindən yaradılmış və müvafiq mütəxəssislərdən ibarət səyyar briqadalar tərəfindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə həyata keçirilir.
3.5. Sağlamlıq imkanları məhdud uşaqların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi-profilaktik müayinələr onların yerləşdikləri təhsil, səhiyyə və əhalinin sosial müdafiəsi müəssisələrində bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
3.6. Sosial təhlükəli vəziyyətdə olan uşaqların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi-profilaktik müayinələr "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan orqan və müəssisələrdə bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən edilmiş qaydada təşkil olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları
1. Uşaqların yaş qrupuna görə göstərilməli olan tibbi yardımın həcmi
Yaş qrup-ları |
Mütəxəssislərin müayinəsi |
Müayinə zamanı xüsusi diqqət yetirilməli hallar |
Aparılan müayinələr |
Əsas məsləhətlər/ müalicə |
1 |
2 |
3 |
4 |
5 |
Yeni-doğul-muş- lar |
həkim-pediatrın müayinəsi - doğum evindən çıxdıqdan 3 gün ərzində və sonra-kı müayinələr doğuşun gedişindən asılı olaraq 7-10 gündən bir - evdə, 1 aylığında poliklini- kada |
müxtəlif orqan və sistemlərin, xüsusilə sinir sisteminin, göbək həlqəsinin vəziyyəti, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması |
göstərişə əsasən |
qidalanmanın və gündəlik rejimin düzgün təşkili |
1 yaşa- dək uşaq- lar |
həkim-pediatr - ayda 1 dəfə, həkim-cərrah, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq və həkim-nevropatoloq 3 ayınadək - 1 dəfə, digər mütəxəssislər -ehtiyac olduqda
|
boyun, çəkinin, başın və döş qəfəsinin ölçülərinin dinamikası, uşağın sinir və psixi inkişafının vəziyyəti, sümük-əzələ sisteminin, daxili orqanların vəziyyəti, anadangəlmə qüsurların olması |
qanın ümumi analizi,göstə-riş olarsa 6 aylığınadək yoxlanılmalı, 2-ci yarım-illikdə qanın ümumi ana- lizi |
uşağın təmiz havada olması, qidalanmanın xüsusiyyəti və gündəlik rejimin təşkili,3 həftə-liyindən raxitin profilaktikası, masaj,gimnastika, ümumi sağlam-laşdırıcı prosedurların aparılması |
1 |
2 |
3 |
4 |
5 |
2 yaşlı uşaqlar
|
həkim-pediatr - rübdə 1 dəfə, həkim-otorino-larinqoloq, həkim-stomatoloq il ərzində 1 dəfə, digər mütəxəssis-lər-ehtiyac olduqda |
eynilə, süd dişlərinin çıxmasında defektlərin vaxtında aşkar edilməsi |
sidiyin,qanın ümumi analizi və nəcisin qurd yumurtaları-na yoxlanıl-ması |
eynilə, payız və qış mövsü- mündə raxitin profilaktikası (göstərişə uy- ğun) |
3 yaşlı uşaqlar
|
həkim-pediatr 6 aydan bir, həkim-oftalmoloq, həkim-otorinola-rinqoloq, həkim-stomatoloq, loqoped ildə 1 dəfə, digər mütəxəssislər -ehtiyac olduqda |
uşağın psixo-nevroloji və fiziki inkişafı, sümük -əzələ sistemi, diş-çənə, daxili orqanların ümumi vəziyyəti |
eynilə |
möhkəmləndirici tədbirlər, gimnastika, yaşa uyğun rejimin qurulması, xroniki infeksiya ocaqlarının sanasiyası |
4-5 yaşlı uşaqlar |
həkim-pediatr, həkim-otorinolarinqoloq, həkim-oftalmo-loq, nevropatoloq, həkim-stomato-loq, həkim-cərrah, loqopedin ildə 1 dəfə baxışı, digər mütə-xəssislər -ehtiyac olduqda |
psixo-nevroloji və fiziki inkişafın xüsusiyyətləri: danışıq, qamət, eşitmə, görmə, dişlərin çıxmasın- da defektlərin vaxtında aşkar edilməsi |
antropomet-riya-ildə 1 dəfə, nəcisin, qanın ümumi analizləri- ildə 1 dəfə, digər müayinələr (göstərişə əsasən) |
möhkəmləndirici və bərpaedici tədbirlər, aşkar edilmiş patologiyaların müalicəsi |
1-3-cü siniflər
|
həkim-pediatr, həkim-stomatoloq ildə 1 dəfə, digər mütəxəssislər -ehtiyac olduqda
|
daxili orqanların vəziyyəti, fiziki inkişafı, qamətin əyilməsi, dişlərdə kariyesin əmələ gəlməsi, danışıqda defektin aşkarlanması |
antropomet-riyanın aparılması, nəcisin qurd yumurtasına yoxlanılması, digər müayi-nələr, o cümlədən Mantu sınağı (göstərişə əsasən) |
ev və məktəb rejiminin təşkili, fiziki tərbiyə, möhkəmləndirici tədbirlər, hərəkətli oyunlar, aşkar edilmiş patologiyaların müalicəsi |
1 |
2 |
3 |
4 |
5 |
4-cü sinif
|
həkim-pediatr, həkim-oftalmoloq, həkim-nevropatoloq, həkim-stomatoloq, həkim-otorinolarin- qoloq, həkim-cərrahın müayinəsi, digər mütəxəssislər -ehtiyac olduqda
|
fiziki və psixi inkişafın, görmə qabiliyyətinin və lor orqanlarının yoxlanılması, arterial təzyiqə nəzarət, qamətin əyilməsi, zərərli adətlərin olub-olmaması |
antropomet-riyanın aparılması, nəcisin qurd yumurtasına yoxlanılması, arterial təzyiqin ölçülməsi
|
eynilə |
5-6-cı siniflər |
həkim-pediatr, həkim-stomatoloqun müayinəsi, digər mütəxəssislər -ehtiyac olduqda |
daxili orqanların vəziyyəti, fiziki inkişafı, dişlərdə kariyesin əmələ gəlməsi |
qanın ümumi analizi, nəcisin qurd yumurtasına yoxlanılması |
eynilə |
7-8-ci siniflər
|
həkim-pediatr, həkim-oftalmoloq, həkim-otorinolarin- qoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-nevropatolo- qun müayinəsi, digər mütəxəssislərin (həkim-mama-ginekoloq, həkim-endokrinoloq və həkim-dermatoveneroloq) müayinəsi |
fiziki və psixi inkişafın, görmə qabiliyyətinin və lor orqanlarının yoxlanılması, arterial təzyiqə nəzarət, qamətin əyilməsi, zərərli adətlərin olub-olmaması, cinsi inkişafa nəzarət |
qanın ümumi analizi, arterial təzyiqin ölçülmə- si, flüoroqrafik müayinə və Mantu sınağı (göstərişə əsasən) |
sanitariya-gigiyena, əmək və dərs rejiminə, fiziki tərbiyəyə nəza- rət, ağız boşluğunun sanasiyası
|
1 |
2 |
3 |
4 |
5 |
|
(göstərişə əsasən), yeniyetmə kabinetinə keçirilmə- sinə hazırlıq |
|
|
|
9-11-ci siniflər |
yeniyetmə həkimi, həkim-oftalmoloq, həkim-otorinolarin- qoloq, həkim-cərrah və həkim-nevropato- loqun baxışı ildə 1 dəfə, 15-18 yaşlı qızlara ginekoloji müayinə (göstərişə əsasən), digər mütəxəssislər -ehtiyac olduqda |
antropometriyanın aparılması, arterial təzyiqin ölçülməsi, fiziki inkişafa nəzarət, görmə qabiliyyətinin yoxlanma- sı, cinsi inkişafa nəzarət
|
qanın ümumi analizi, arterial təzyiqin ölçülməsi, flüoroqrafiya müayinəsi və Mantu sınağı (göstərişə əsasən)
|
eynilə |
2. Dispanserizasiyanın keyfiyyət standartları
2.1. Dispanserizasiyanın keyfiyyət standartları aşağıdakı göstəricilərlə müəyyənləşdirilir:
2.1.1. icbari dispanserizasiyadan keçiriləcək uşaqların sayına nisbətdə dispanserizasiyadan keçmiş uşaqların sayı;
2.1.2. icbari dispanserizasiyadan keçmiş uşaqların sayına nisbətdə xəstəlik aşkar olunan uşaqların sayı;
2.1.3. dispanser nəzarətində olan xəstələrin tibb müəssisəsinə ortaillik müraciətlərinin sayı;
2.1.4. sağalma ilə dispanser qeydiyyatından çıxan uşaqların sayının dispanser qeydiyyatında olan uşaqların ümumi sayına olan nisbəti;
2.1.5. xəstə və xəstələnmə riski olan uşaqların müalicə-sağlamlaşdırıcı tədbirlərlə əhatə olunması;
2.1.6. il ərzində sağlamlıq vəziyyətinin yaxşılaşmasına görə dispanser müşahidəsindən çıxarılan uşaqların sayı;
2.1.7. il ərzində sağlamlıq vəziyyətinin yaxşılaşmasına görə daha yüngül sağlamlıq qrupuna keçirilən uşaqların sayı;
2.1.8. il ərzində həkim nəzarətindən kənarda qalan dispanser qeydiyyatında olan uşaqların sayı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmişdir 3 nömrəli əlavə
Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi
Q A Y D A S I
1. Bu Qayda "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsinə əsasən hazırlanmışdır və xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi qaydasını müəyyən edir.
2. Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlər icbari dispanserizasiyanı həyata keçirən dövlət tibb müəssisəsi tərəfindən təşkil olunur.
3. Profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar aşağıdakı sağlamlıq qruplarına bölünürlər:
3.1. I qrup - sağlamlığın bütün əlamətlərinə görə qüsursuz, sağlam uşaqlar: müayinə dövründə xəstələnməyənlər, həmçinin sağlamlığa təsir etməyən və korreksiyası tələb olunmayan kiçik qüsurlara malik olanlar;
3.2. II qrup - xəstələnmə riski olan, xəstəliyə meyilli uşaqlar: orqan və sistemlərin morfoloji yetkinliyinin dərəcəsi ilə bağlı funksional qüsurları, ağırlaşmış mamalıq və ginekoloji anamnezi olan, tez-tez xəstələnən və ya reabilitasiya dövrü qeyri-qənaətbəxş keçmiş, bir ağır xəstəlik keçirmiş biryaşlı uşaqlar;
3.3. III qrup - xroniki patologiyası kompensasiya (nəzərəçarpan kliniki əlamətlərlə müşayiət olunmayan xəstəliyin gedişatı) vəziyyətində olan xəstə uşaqlar;
3.4. IV qrup - xroniki patologiyası subkompensasiya (hissəvi kompensasiya) vəziyyətində olan xəstə uşaqlar;
3.5. V qrup - xroniki patologiyası dekompensasiya (orqanlar sistemi və ya orqanizmin müvazinətinin pozulması) vəziyyətində olan xəstə uşaqlar.
4. Sağlamlıq qrupuna uyğun olaraq hər bir xəstə və xəstələnmə riski olan uşaq üçün dispanserizasiya planı tərtib edilir.
5. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin xəstəliklərin etiologiyası, patogenezi, kliniki əlamətləri və təsnifatından asılı olaraq, hər bir uşaq üçün fərdi qaydada aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər müəyyən edilir.
6. Dispanserizasiya planına uyğun olaraq xəstə və xəstələnmə riski olan uşaqların tibbi göstərişə əsasən ambulator və ya stasionar müalicəsi təşkil olunur.
7. Dispanser qeydiyyatında olan uşaqlar tibbi göstərişə əsasən dispanserizasiyanı keçirən dövlət tibb müəssisəsinin göndərişi əsasında sanator-kurort müalicəsi ilə təmin edilirlər.
8. Xəstə və xəstələnmə riski olan uşaqlarla bağlı aparılan müalicə-sağlamlaşdırıcı tədbirlər barədə məlumatlar "Uşağın Dispanser Müşahidə Kartı"nda (AZS 030/u) qeyd olunur və "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"nə (VESKS-yə) daxil edilir.
9. Aparılan müalicə-sağlamlaşdırıcı tədbirlərin nəticələri uşağın müalicə həkimi tərəfindən qiymətləndirilir və sağlamlıq vəziyyətindən asılı olaraq, uşaq bu Qaydanın 3-cü hissəsində göstərilən müvafiq sağlamlıq qrupuna daxil edilir.
10. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, dispanserizasiya planında dəyişikliklər edilərək, müalicə-sağlamlaşdırıcı tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmişdir 4 nömrəli əlavə
Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi
Q A Y D A S I
1. Bu Qayda "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində dövlət tibb müəssisələrində dispanserizasiya çərçivəsində uşaqlarla bağlı aparılan tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsini müəyyən edir.
2. Dövlət tibb müəssisələrində uşaqların icbari dispanserizasiyası tədbirlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərinin "Səhiyyə" bölməsində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi ilə əlaqədar növbəti illər üçün tələb olunan xərclər barədə dəqiq hesablamaları "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq cari ilin iyul ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
4. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi ilə əlaqədar ayrılan vəsaitin icrasının monitorinqi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aparılır.
2 May 2014, 16:05
30 Dekabr 2019, 08:12
T.Y.Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Dekabr 2019, 08:12
Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Dekabr 2019, 07:12
Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Dekabr 2019, 07:12
Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Dekabr 2019, 07:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2013-cü il 16 may tarixli 899 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli və “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Dekabr 2019, 07:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 249 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 250 nömrəli, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 251 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2015-ci il 5 iyun tarixli 545 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Dekabr 2019, 07:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamənin və Agentliyin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 28 noyabr tarixli 752 nömrəli və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 26 dekabr tarixli 794 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Dekabr 2019, 07:12
“İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 Dekabr 2019, 08:12
Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
26 Dekabr 2019, 08:12
Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...