"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 109

Bakı şəhəri, 23 aprel 2014-cü il

 "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası  Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının 1.1.5-1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası" təsdiq edilsin (3 nömrəli əlavə).

4. "Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi Qaydası" təsdiq edilsin (4 nömrəli əlavə).

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmişdir  1 nömrəli əlavə

Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi

Q A Y D A S l

 1.  Ümumi müddəalar

 1.1. Bu Qayda "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən hazırlanmışdır və uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qayda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş,   sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını da əhatə edir.

1.3. Uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq həyata keçirilir.

1.4. Uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisələri tərəfindən dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq tərtib edilmiş müayinə cədvəlinə və sahə prinsipinə əsasən həyata keçirilir.

1.5. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar.

1.6. Tibbi-profilaktik   müayinələrin nəticələri "Uşağın inkişaf tarixi"ndə (AZS 112/u) qeyd edilir və "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"nə (VESKS) daxil edilir.

1.7. Hər ilin sonunda tibb müəssisəsi tərəfindən uşaqların icbari dispanserizasiyası işi təhlil olunaraq rəsmi statistik hesabat hazırlanır və tabeliyi üzrə müvafiq səhiyyə idarə və ya müəssisəsinə təqdim edilir.

 2. Dispanserizasiyadan keçən uşaqların dispanser qeydiyyata götürülməsi və dispanser qeydiyyatdan çıxarılması

 2.1. Tibbi-profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar sağlamlıq qruplarına bölünürlər.

2.2. Xəstə və xəstələnmə riski olan uşaqlar dispanser müşahidəsinə götürülür və onlara "Uşağın Dispanser Müşahidə Kartı" (AZS 030/u) açılır.

2.3. Hər bir xəstə və xəstələnmə riski olan uşağa  dispanserizasiya planı  tərtib edilir. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər əks olunur.

2.4. Dispanserizasiya planına uyğun olaraq uşağa aparılan müayinə və müalicə tədbirləri barədə məlumatlar "Uşağın Dispanser Müşahidə Kartı"nda (AZS 030/u) qeyd edilir və VESKS-yə daxil edilir.

2.5. Dispanser qeydiyyatında olan uşaq müalicədən və uzunmüddətli remissiyadan sonra sahə həkiminin və mütəxəssislərin ümumi rəyi əsasında qeydiyyatdan çıxarılır.

2.6. Xəstə  uşaq dispanser  qeydiyyatından çıxarılmırsa, yeni təqvim ili üçün sağlamlaşdırıcı tədbirlər planı tərtib edilir və "Uşağın Dispanser Müşahidə Kartı"nda (AZS 030/u) və VESKS-də qeydiyyat davam etdirilir.

 3. Bəzi kateqoriyadan olan uşaqların icbari dispanserizasiyasının xüsusiyyətləri

 3.1. Təhsil alan uşaqların dispanserizasiyası məqsədi ilə ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisəsi tərəfindən onların tibbi-profilaktik müayinə cədvəli tərtib olunur və müayinələrin keçiriləcəyi təhsil müəssisəsinin rəhbərliyi ilə razılaşdırılır.

3.2. Təhsil alan uşaqların tibbi-profilaktik müayinələri təhsil aldıqları yerlərdə həyata keçirilir. Bu məqsədlə təhsil müəssisələri tərəfindən müayinələrin həyata keçirilməsi üçün şərait yaradılır. Təhsil müəssisəsində həyata keçirilməsi mümkün olmayan tibbi-profilaktik müayinələr ərazi üzrə səhiyyə müəssisələrində  aparılır.

3.3. Cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən həyata keçirilir.

3.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar onlar üçün müəssisələrdə, yəni onların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələrində, ailə tipli uşaq evlərində, əhalinin sosial müdafiəsi müəssisələrində (uşaq evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar), səhiyyə sistemi müəssisələrində və qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələrində yerləşdirildiyi halda onların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi müayinələr bu müəssisələrdə həyata keçirilir. Tibbi-profilaktik müayinələrin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə aparılması mümkün olmadıqda, həmin müayinələr ərazi üzrə səhiyyə müəssisələrində, yaxud səhiyyə müəssisələri tərəfindən yaradılmış və müvafiq mütəxəssislərdən ibarət səyyar briqadalar tərəfindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə həyata keçirilir. 

3.5. Sağlamlıq imkanları məhdud uşaqların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi-profilaktik müayinələr onların yerləşdikləri təhsil, səhiyyə və əhalinin sosial müdafiəsi müəssisələrində bu Qaydanın 3.4-cü bəndi  ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

3.6. Sosial təhlükəli vəziyyətdə olan uşaqların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi-profilaktik müayinələr "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının  profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan orqan və müəssisələrdə bu Qaydanın 3.4-cü bəndi  ilə müəyyən edilmiş qaydada təşkil olunur.

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə

Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları

1.  Uşaqların yaş qrupuna görə göstərilməli olan tibbi yardımın həcmi

 

Yaş

qrup-ları

Mütəxəssislərin müayinəsi

Müayinə zamanı xüsusi diqqət yetirilməli hallar

Aparılan  müayinələr

Əsas məsləhətlər/  müalicə

1

2

3

4

5

Yeni-doğul-muş-

lar

həkim-pediatrın müayinəsi - doğum evindən çıxdıqdan 3 gün ərzində və sonra-kı müayinələr  doğuşun gedişindən asılı olaraq 7-10 gündən bir - evdə, 1 aylığında poliklini-

kada

müxtəlif orqan və sistemlərin, xüsusilə sinir sisteminin, göbək həlqəsinin vəziyyəti, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması

göstərişə əsasən

qidalanmanın və gündəlik rejimin düzgün təşkili

 1 yaşa-

 dək uşaq-

 lar

həkim-pediatr - ayda 1 dəfə, həkim-cərrah, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq və həkim-nevropatoloq 3 ayınadək - 1 dəfə,  digər mütəxəssislər -ehtiyac olduqda

 

 

boyun, çəkinin, başın və döş qəfəsinin ölçülərinin dinamikası, uşağın sinir və psixi inkişafının vəziyyəti,  sümük-əzələ sisteminin, daxili orqanların vəziyyəti, anadangəlmə qüsurların  olması

qanın ümumi analizi,göstə-riş olarsa 6 aylığınadək yoxlanılmalı,

2-ci yarım-illikdə qanın ümumi ana-

lizi

uşağın təmiz havada olması, qidalanmanın xüsusiyyəti və gündəlik rejimin təşkili,3 həftə-liyindən raxitin profilaktikası,

masaj,gimnastika, ümumi sağlam-laşdırıcı prosedurların

aparılması

1

2

3

4

5

2 yaşlı uşaqlar

 

həkim-pediatr - rübdə 1 dəfə, həkim-otorino-larinqoloq,  həkim-stomatoloq il ərzində 1 dəfə,

digər mütəxəssis-lər-ehtiyac olduqda

eynilə,

süd dişlərinin

çıxmasında defektlərin vaxtında aşkar edilməsi

sidiyin,qanın ümumi analizi və nəcisin qurd yumurtaları-na yoxlanıl-ması 

eynilə,

payız və qış mövsü-

mündə raxitin profilaktikası (göstərişə uy-

ğun)

3 yaşlı uşaqlar

 

həkim-pediatr  6 aydan bir, həkim-oftalmoloq, həkim-otorinola-rinqoloq, həkim-stomatoloq, loqoped ildə 1 dəfə,  digər mütəxəssislər -ehtiyac olduqda

uşağın psixo-nevroloji və fiziki inkişafı, sümük -əzələ sistemi, diş-çənə, daxili orqanların ümumi vəziyyəti

eynilə

möhkəmləndirici tədbirlər, gimnastika, yaşa uyğun rejimin qurulması, xroniki infeksiya ocaqlarının sanasiyası

4-5 yaşlı uşaqlar

həkim-pediatr,

həkim-otorinolarinqoloq, həkim-oftalmo-loq, nevropatoloq, həkim-stomato-loq, həkim-cərrah, loqopedin ildə 1 dəfə baxışı, digər mütə-xəssislər -ehtiyac olduqda

psixo-nevroloji və fiziki inkişafın xüsusiyyətləri: danışıq, qamət, eşitmə, görmə, dişlərin çıxmasın-

da defektlərin vaxtında

aşkar edilməsi

antropomet-riya-ildə 1 dəfə,

nəcisin, qanın

ümumi analizləri- ildə 1 dəfə, digər müayinələr (göstərişə əsasən)

möhkəmləndirici və bərpaedici tədbirlər, aşkar edilmiş

patologiyaların müalicəsi

 

1-3-cü siniflər

 

həkim-pediatr, həkim-stomatoloq ildə 1 dəfə, digər

mütəxəssislər -ehtiyac olduqda

 

daxili orqanların

vəziyyəti, fiziki

inkişafı, qamətin

əyilməsi,  dişlərdə

kariyesin əmələ gəlməsi, danışıqda defektin

aşkarlanması

antropomet-riyanın aparılması,

nəcisin qurd

yumurtasına yoxlanılması, digər müayi-nələr, o cümlədən

Mantu sınağı

(göstərişə əsasən)

ev və məktəb

rejiminin təşkili,

fiziki tərbiyə,

möhkəmləndirici tədbirlər, hərəkətli

oyunlar, aşkar edilmiş

patologiyaların müalicəsi

1

2

3

4

5

4-cü sinif

 

 

 

 

həkim-pediatr, həkim-oftalmoloq, həkim-nevropatoloq, həkim-stomatoloq, həkim-otorinolarin-

qoloq, həkim-cərrahın müayinəsi, digər mütəxəssislər -ehtiyac olduqda

 

fiziki və psixi inkişafın, görmə qabiliyyətinin və lor orqanlarının

yoxlanılması, arterial təzyiqə nəzarət, qamətin əyilməsi, zərərli adətlərin olub-olmaması

antropomet-riyanın aparılması,

nəcisin qurd

yumurtasına yoxlanılması,

arterial təzyiqin ölçülməsi

 

eynilə

5-6-cı siniflər

həkim-pediatr,   həkim-stomatoloqun  müayinəsi, digər mütəxəssislər -ehtiyac olduqda

daxili orqanların

vəziyyəti, fiziki inkişafı, dişlərdə kariyesin əmələ gəlməsi

qanın ümumi analizi, nəcisin qurd yumurtasına yoxlanılması 

eynilə

7-8-ci siniflər

 

həkim-pediatr,   həkim-oftalmoloq, həkim-otorinolarin-

qoloq, həkim-cərrah,   həkim-stomatoloq, həkim-nevropatolo-

qun müayinəsi, digər mütəxəssislərin  (həkim-mama-ginekoloq, həkim-endokrinoloq  və həkim-dermatoveneroloq) müayinəsi

fiziki və psixi inkişafın, görmə qabiliyyətinin və lor orqanlarının yoxlanılması, arterial təzyiqə nəzarət, qamətin əyilməsi, zərərli adətlərin olub-olmaması,  cinsi inkişafa   nəzarət 

qanın ümumi

analizi, arterial təzyiqin ölçülmə-

si, flüoroqrafik müayinə və

Mantu sınağı

(göstərişə əsasən)

sanitariya-gigiyena, əmək və dərs rejiminə, fiziki tərbiyəyə nəza-

rət, ağız boşluğunun  sanasiyası

 

 

 

1

2

3

4

5

 

(göstərişə əsasən), yeniyetmə kabinetinə keçirilmə-

sinə hazırlıq

 

 

 

9-11-ci siniflər

yeniyetmə həkimi, həkim-oftalmoloq, həkim-otorinolarin-

qoloq, həkim-cərrah və həkim-nevropato-

loqun baxışı ildə 1 dəfə, 15-18 yaşlı qızlara    ginekoloji müayinə (göstərişə əsasən), digər mütəxəssislər -ehtiyac olduqda

antropometriyanın aparılması, arterial təzyiqin ölçülməsi, fiziki inkişafa nəzarət, görmə qabiliyyətinin yoxlanma-

sı, cinsi inkişafa   nəzarət 

 

qanın ümumi analizi, arterial təzyiqin ölçülməsi, flüoroqrafiya müayinəsi və Mantu sınağı (göstərişə əsasən)

 

eynilə

 

2. Dispanserizasiyanın keyfiyyət standartları

 2.1. Dispanserizasiyanın keyfiyyət standartları aşağıdakı göstəricilərlə müəyyənləşdirilir:

2.1.1. icbari dispanserizasiyadan keçiriləcək uşaqların sayına nisbətdə dispanserizasiyadan keçmiş uşaqların sayı;

2.1.2. icbari dispanserizasiyadan keçmiş uşaqların sayına nisbətdə xəstəlik aşkar olunan uşaqların sayı;

2.1.3. dispanser nəzarətində olan xəstələrin tibb müəssisəsinə ortaillik müraciətlərinin sayı;

2.1.4. sağalma ilə dispanser qeydiyyatından çıxan uşaqların sayının dispanser qeydiyyatında olan uşaqların ümumi sayına olan nisbəti; 

2.1.5. xəstə və xəstələnmə riski olan uşaqların müalicə-sağlamlaşdırıcı tədbirlərlə əhatə olunması; 

2.1.6. il ərzində sağlamlıq vəziyyətinin yaxşılaşmasına görə dispanser müşahidəsindən çıxarılan uşaqların sayı;

 

2.1.7. il ərzində sağlamlıq vəziyyətinin  yaxşılaşmasına görə daha yüngül sağlamlıq qrupuna keçirilən uşaqların sayı;

2.1.8. il ərzində həkim nəzarətindən kənarda qalan dispanser qeydiyyatında olan uşaqların sayı.   

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmişdir 3 nömrəli əlavə

 

Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi

Q A Y D A S I

 1. Bu Qayda "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsinə əsasən hazırlanmışdır və xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi qaydasını müəyyən edir.

2. Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlər icbari dispanserizasiyanı həyata keçirən dövlət tibb müəssisəsi tərəfindən təşkil olunur.

3. Profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar aşağıdakı sağlamlıq qruplarına bölünürlər:

3.1. I qrup - sağlamlığın bütün əlamətlərinə görə qüsursuz, sağlam uşaqlar: müayinə dövründə xəstələnməyənlər, həmçinin sağlamlığa təsir etməyən və korreksiyası tələb olunmayan kiçik qüsurlara malik olanlar;

3.2. II qrup - xəstələnmə riski olan, xəstəliyə meyilli uşaqlar: orqan və sistemlərin morfoloji yetkinliyinin dərəcəsi ilə bağlı funksional qüsurları, ağırlaşmış mamalıq və ginekoloji anamnezi olan, tez-tez xəstələnən və ya reabilitasiya dövrü qeyri-qənaətbəxş keçmiş, bir ağır xəstəlik keçirmiş biryaşlı uşaqlar;

3.3. III qrup - xroniki patologiyası kompensasiya (nəzərəçarpan kliniki əlamətlərlə müşayiət olunmayan xəstəliyin gedişatı) vəziyyətində olan xəstə uşaqlar;

3.4. IV qrup - xroniki patologiyası subkompensasiya (hissəvi kompensasiya) vəziyyətində olan xəstə uşaqlar;

3.5. V qrup - xroniki patologiyası dekompensasiya (orqanlar sistemi və ya orqanizmin müvazinətinin pozulması) vəziyyətində olan xəstə uşaqlar.

4. Sağlamlıq qrupuna uyğun olaraq hər bir xəstə və xəstələnmə riski olan uşaq üçün dispanserizasiya planı tərtib edilir.

5. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin xəstəliklərin etiologiyası, patogenezi, kliniki əlamətləri və təsnifatından asılı olaraq, hər bir uşaq üçün fərdi qaydada aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər müəyyən edilir.

6. Dispanserizasiya planına  uyğun olaraq xəstə və xəstələnmə riski olan uşaqların tibbi göstərişə əsasən ambulator və ya stasionar müalicəsi təşkil olunur.

7. Dispanser qeydiyyatında olan uşaqlar tibbi göstərişə əsasən dispanserizasiyanı keçirən dövlət tibb müəssisəsinin göndərişi əsasında sanator-kurort müalicəsi ilə təmin edilirlər.

8. Xəstə və xəstələnmə riski olan uşaqlarla bağlı aparılan müalicə-sağlamlaşdırıcı tədbirlər barədə məlumatlar "Uşağın Dispanser Müşahidə Kartı"nda (AZS 030/u) qeyd olunur və "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"nə  (VESKS-yə) daxil edilir.

9. Aparılan müalicə-sağlamlaşdırıcı tədbirlərin nəticələri uşağın müalicə həkimi tərəfindən qiymətləndirilir və sağlamlıq vəziyyətindən asılı olaraq, uşaq bu Qaydanın 3-cü hissəsində göstərilən  müvafiq sağlamlıq qrupuna daxil edilir.  

10. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, dispanserizasiya planında  dəyişikliklər edilərək, müalicə-sağlamlaşdırıcı tədbirlər davam etdirilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmişdir 4 nömrəli əlavə

Dispanserizasiya tədbirlərinin  maliyyələşdirilməsi

Q A Y D A S I

 1. Bu Qayda "Uşaqların icbari dispanserizasiyası haqqında"  Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində dövlət tibb müəssisələrində dispanserizasiya çərçivəsində uşaqlarla bağlı aparılan tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına  maliyyələşdirilməsini müəyyən edir.

2. Dövlət tibb müəssisələrində uşaqların icbari dispanserizasiyası tədbirlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərinin  "Səhiyyə" bölməsində  nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi ilə əlaqədar növbəti illər üçün tələb olunan xərclər barədə dəqiq hesablamaları "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq cari ilin iyul ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

4. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi ilə əlaqədar ayrılan vəsaitin icrasının monitorinqi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aparılır.

 

2 May 2014, 16:05

http://cabmin.gov.az/

1751—1760 / 10511

11 Dekabr 2020, 19:12

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Dekabr 2020, 19:12

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Dekabr 2020, 19:12

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Dekabr 2020, 19:12

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Dekabr 2020, 19:12

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Dekabr 2020, 19:12

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Dekabr 2020, 20:12

“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Dekabr 2020, 20:12

Azərbaycan Respublikası Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanında və 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Dekabr 2020, 20:12

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Dekabr 2020, 20:12

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...