Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmiş və artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıtmışdır. Hazırda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Cocuq Mərcanlı kəndində əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi və sakinlərin məşğulluğunun təmin olunması məqsədi ilə qərara alıram:
1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr 2017-ci il.
14 Sentyabr 2017, 09:095 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 94 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 110 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 92 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 109 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 91 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 89 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 107 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 98 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 90 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 93 saylı müraciətə baxılması barədə ətraflı...