Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmiş və artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıtmışdır. Hazırda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Cocuq Mərcanlı kəndində əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi və sakinlərin məşğulluğunun təmin olunması məqsədi ilə qərara alıram:

1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 sentyabr 2017-ci il.

14 Sentyabr 2017, 09:09

http://www.azertag.net

7011—7020 / 10511

18 Aprel 2016, 09:04

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Arifə Ağaverdi qızı Muxtarovanın Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Mikayıl Rəhman oğlu Rəhimovun Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Natiq Seyfulla oğlu Məmmədovun Mərkəzi Seçki Komissiyası sədrinin müavini seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Məzahir Məhəmməd oğlu Pənahovun Mərkəzi Seçki Komissiyasının sədri seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

S.R.Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

S.R.Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

M.M.Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında   ətraflı...