“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 7, maddə 486, № 9, maddə 1044; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 565, №5, maddə 809) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə “572” rəqəmləri “640” rəqəmləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” üzrə:

2.1. 1.1-ci bəndin ikinci cümləsində:

2.1.1. “ASAN xidmət” sözlərindən sonra “və “ASAN Kommunal” sözləri əlavə edilsin;

2.1.2. “dövlət orqanlarının” sözləri birinci halda “mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları)” sözləri ilə, ikinci halda “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;

2.2. 2.1.1-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.7-ci, 3.1.1-ci, 3.1.4-cü, 3.1.6-cı, 3.1.10-cu, 3.1.10.1-ci, 3.1.10.3-cü (hər iki halda), 3.1.10.4-cü, 3.1.10.5-ci (hər iki halda), 3.1.11-ci, 3.1.12-ci, 3.1.13-cü, 4.1.2-ci, 4.1.3-cü (hər iki halda), 4.1.6-cı, 4.1.7-ci (hər iki halda), 4.1.8-ci və 5.5.12-ci yarımbəndlərdə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “dövlət qurumları” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.6-cı yarımbənddə “dövlət orqanları” sözləri “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirir, habelə dövlət qurumları” sözləri ilə əvəz edilsin;

2.4. 3.1.5-ci yarımbənddə “orqanlara” sözü “dövlət qurumlarına” sözləri ilə əvəz edilsin;

2.5. 3.1.10.1-ci yarımbənddə “orqanlarla” sözü “qurumlarla” sözü ilə əvəz edilsin;

2.6. 3.1.12-2-ci yarımbənddə “təmin etmək” sözlərindən sonra “, bu fəaliyyəti dövlət–özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirdikdə, əldə olunan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki təminatın yaxşılaşdırılmasına yönəldilməsi üçün Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyənləşdirmək” sözləri əlavə edilsin;

2.7. 3.1.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.22-ci yarımbənd əlavə edilsin:

“3.1.22. “ABAD” publik hüquqi şəxsə münasibətdə təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək.”;

2.8. 4.1.5-ci yarımbənddə “orqanlarından” sözü “qurumlarından dövlət xidmətlərinin, o cümlədən” sözləri ilə əvəz edilsin və “baxış” sözündən sonra “və rəy sorğuları” sözləri əlavə edilsin;

2.9. 5.9.3-cü yarımbənddə “dövlət orqanının” sözləri “qurumun” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 avqust 2017-ci il.

 

24 Avqust 2017, 09:08

http://www.azertag.net

431—440 / 10511

9 Sentyabr 2022, 14:09

Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Sentyabr 2022, 08:09

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Sentyabr 2022, 08:09

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Sentyabr 2022, 08:09

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Sentyabr 2022, 08:09

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

9 Sentyabr 2022, 08:09

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Sentyabr 2022, 14:09

Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Sentyabr 2022, 14:09

Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Sentyabr 2022, 14:09

Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Sentyabr 2022, 14:09

Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...