R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Regionların davamlı və tarazlı inkişafının təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Аzərbаycаn Respublikası Prezidentinin müvafiq aktları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində son illər ərzində ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yol ötürücüləri tikilmiş və təmir edilmişdir.

 

Bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər görülməkdədir. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan, Qax və Zaqatala rayonlarının 37,3 min nəfərdən çox əhali yaşayan 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşmasına imkan verəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qorağan-Qax-Zaqatala avtomobil yolunun 29,8 kilometrlik Qax-Zaqatala hissəsinin bərpası layihəsinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 23,3 milyon (iyirmi üç milyon üç yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 avqust 2017-ci il.

 

14 Avqust 2017, 09:08

http://www.azertag.net

5391—5400 / 10511

17 May 2017, 09:05

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 May 2017, 09:05

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 559-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 May 2017, 09:05

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 May 2017, 09:05

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 561-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 May 2017, 09:05

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 May 2017, 09:05

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 560-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 May 2017, 09:05

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 May 2017, 09:05

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 562-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 May 2017, 09:05

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 May 2017, 09:05

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında   ətraflı...