Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1384 nömrəli və 16 may tarixli 1398 nömrəli fərmanları) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bəndə, 3.2.2-ci yarımbəndə, 3.2.4-cü yarımbəndin birinci cümləsinə və 7.5-ci bəndin ikinci cümləsinə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 5.6-cı bənddə “formada dövlət nümunəli sənəd” sözləri “formalı dövlət sənədi” sözləri ilə əvəz edilsin.

3. 6.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“6.4. Universitetin elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada maliyyələşdirilir.”.

4. 6.5-ci bənddən “və elmi-pedaqoji” sözləri çıxarılsın və “elmi tədqiqat institutlarına” sözləri “ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyul 2017-ci il.

 

24 İyul 2017, 10:07

http://www.azertag.net

6851—6860 / 10511

20 May 2016, 09:05

Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında   ətraflı...

20 May 2016, 09:05

Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında   ətraflı...

20 May 2016, 09:05

R.A.Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

20 May 2016, 09:05

A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

20 May 2016, 09:05

A.N.Əsgərovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

19 May 2016, 09:05

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında   ətraflı...

19 May 2016, 09:05

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli 209-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 May 2016, 09:05

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

16 May 2016, 09:05

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 may 2016-cı il tarixli 01 saylı müraciətə baxılması barədə   ətraflı...

16 May 2016, 09:05

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...