Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1074) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 2.5.1-ci yarımbənddə “və tətbiqi araşdırmalar” sözləri “, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar” sözləri ilə əvəz edilsin.
2. 3.2.9-cu yarımbənddə “elm və istehsalat müəssisələri” sözləri “, istehsalat müəssisələri, elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.
3. 4.10-cu bənddə və 3.2.11-ci yarımbənddə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.
4. 7.2-ci bəndə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.
5. 8.4-cü bənddə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu,” sözləri “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunları,” sözləri ilə əvəz edilsin.
6. 8.22-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.22. Akademiyada dissertasiyaları müdafiə etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış dissertasiya şuraları yaradıla bilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2017-ci il.
24 İyul 2017, 10:0720 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında ətraflı...
20 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
18 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
18 Sentyabr 2017, 09:09
M.V.Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
18 Sentyabr 2017, 09:09
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı ətraflı...
18 Sentyabr 2017, 09:09
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ətraflı...
18 Sentyabr 2017, 09:09
“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında ətraflı...
14 Sentyabr 2017, 09:09
X.M.İbrahimovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
14 Sentyabr 2017, 09:09
2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında ətraflı...