“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanını “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 89; 2008, № 6, maddə 487; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”də:
1.1. mətn üzrə ismin müvafiq hallarında “elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələri (təşkilatlar, birliklər)” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin;
1.2. 1-ci hissənin ikinci abzasında “attestasiya işlərinin” sözləri “dissertasiyaların və sənədlərin, eləcə də xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin” sözləri ilə əvəz edilsin;
1.3. 6.6-cı bənddən “lazımi” sözü çıxarılsın;
1.4. 6.7-ci bənddə “diplom və attestatların nostrifikasiyasını (bərabər tutulmasını), xarici ölkələrdə elmi dərəcə və elmi ad almış şəxslərin təkrar attestasiyasını (xarici dövlətlərdə alınmış elmi dərəcələrin və elmi adların tanınması və ekvivalentliyinin müəyyən edilməsini)” sözləri “sənədlərin tanınmasını nostrifikasiya və ya təkrar attestasiya əsasında” sözləri ilə əvəz edilsin;
1.5. 7.15-ci bənddən “apellyasiyalara,” sözü çıxarılsın;
1.6. 12.9-cu bənddə “apellyasiyalar” sözü “şikayətlər” sözü ilə əvəz edilsin;
2. həmin Fərmanla təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”də:
2.1. 2-ci hissədə “ali təhsili və ya magistr dərəcəsi” sözləri “magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili” sözləri ilə əvəz edilsin;
2.2. mətn üzrə ismin müvafiq hallarında “elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələri (təşkilatlar, birliklər)” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin;
2.3. 4-cü hissədə “nümunədə” sözü “vahid formalı dövlət sənədi -” sözləri ilə əvəz edilsin;
2.4. 5-ci hissəyə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“Dissertasiya şurası olmayan ixtisaslar üzrə birdəfəlik dissertasiya şuraları yaradıla bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılmaqla, bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur.”;
2.5. 9-cu hissənin beşinci abzasından “(birlik, təşkilat)” sözləri çıxarılsın;
2.6. 11-ci hissənin birinci abzasının birinci cümləsində “elmi işdir” sözləri “elmi tədqiqat işidir” sözləri ilə əvəz edilsin;
2.7. 12-ci hissənin birinci abzasında “Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının” sözləri “Akademiyasının” sözü ilə əvəz edilsin;
2.8. 13-cü hissənin birinci abzasında “elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi nəşrlərində” sözləri “və xarici ölkələrin təsir gücünə (impakt faktoruna) malik olan, istinad indeksli elmi nəşrlərində” sözləri ilə əvəz edilsin;
2.9. 13-cü hissənin üçüncü abzasında “nüfuzlu” sözü “təsir gücünə (impakt faktoruna) malik olan” sözləri ilə əvəz edilsin;
2.10. 14-cü hissənin birinci abzasının birinci cümləsində hər iki halda “nüfuzlu” sözü “təsir gücünə (impakt faktoruna) malik olan” sözləri ilə əvəz edilsin;
2.11. mətn üzrə ismin müvafiq hallarında “attestasiya işi” sözləri və ismin müvafiq hallarında “attestasiya işləri” sözləri ismin müvafiq hallarında “elmi dərəcə almaq üçün təqdim edilmiş sənədlər” sözləri ilə əvəz edilsin;
2.12. 41-ci hissənin beşinci və yeddinci abzaslarından “fəlsəfə doktoru elmi dərəcəsi olan” sözləri, doqquzuncu abzasından “fəlsəfə doktoru elmi dərəcəsi və” sözləri çıxarılsın;
2.13. 49-cu hissənin birinci cümləsində “tanınması və (və ya) bərabər tutulması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olan xarici dövlətlərdə alınmış alimlik dərəcələrinin və elmi adların verilməsi haqqında sənədlərin nostrifikasiyası (bərabər tutulması)” sözləri “tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olan xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin nostrifikasiyası” sözləri ilə əvəz edilsin;
2.14. 50-ci hissədə “tanınması və (və ya) bərabər tutulması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olmayan xarici dövlətlərdə alınmış elmi dərəcələr və elmi adlar haqqında sənədlərin tanınması və bərabər tutulması – xarici dövlətlərdə elmi dərəcə və (və ya) elmi ad almış” sözləri “tanınması və ya bərabər tutulması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olmayan xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin tanınması – xarici ölkələrdə elmi dərəcə və (və ya) elmi ad verilmiş” sözləri ilə əvəz edilsin;
2.15. 54-cü hissənin ikinci-dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
“elmi etika pozulduqda, yəni nəticə tədqiqat prosesinə uyğun gəlmədikdə, alınan nəticə əsassız olaraq dəyişdirildikdə və ya təhrif edildikdə, başqasına məxsus mətndən, əsərdən, elmi məhsuldan müəllifin icazəsi olmadan və ya yazılı istinad verilmədən istifadə edildikdə, dublikatlaşdırma olduqda və ya eyni mətn digər adla təkrar nəşr edildikdə, müəlliflər dəyişdirildikdə və ya şərikli müəlliflik hüququ pozulduqda, elmi əsərdən, ixtira, faydalı model və sənaye nümunəsindən, qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadə halları istisna olmaqla, icazəsiz istifadə edildikdə;
müdafiə proseduru pozulduqda;
elmi plagiat aşkar edildikdə, yəni müəllifi, götürülmə mənbəyi göstərilmədən başqasının əsəri, elmi kəşfi və ixtirası, səmərələşdirici təklifi, innovasiya məhsulu tam və ya qismən mənimsənildikdə, yaxud özününkü kimi təqdim edildikdə.”;
2.16. 54-cü hissənin beşinci abzası çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2017-ci il.
24 İyul 2017, 10:07
5 Fevral 2020, 08:02
Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Fevral 2020, 07:02
P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Fevral 2020, 07:02
R.M.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 Yanvar 2020, 07:01
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 Yanvar 2020, 07:01
Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 Yanvar 2020, 07:01
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
31 Yanvar 2020, 07:01
“Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 Yanvar 2020, 07:01
Azərbaycan Respublikası Prezidentinin “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 17 aprel tarixli 388 nömrəli, “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında” 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 410 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
31 Yanvar 2020, 07:01
X.S.Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Yanvar 2020, 03:01
Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...