Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1540; 2016, № 5, maddə 859) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən” sözləri “Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən” sözləri ilə əvəz edilsin.

2. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. Akademiya öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri, mütəxəssisləri, elmi xidmət və sosial xidmət sahəsi işçilərini birləşdirir.”.

3. 2.2.1-ci yarımbənddən “elmi fəaliyyəti təşkil və elmin inkişafını təmin etmək, elmin müxtəlif sahələri üzrə elmi-tədqiqat işlərini aparmaq və” sözləri çıxarılsın.

4. 2.2.2-ci və 2.2.3-cü yarımbəndlər ləğv edilsin.

5. 3.0.4-cü yarımbəndə “fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin.

6. 3.0.18-ci yarımbənddə “ali təhsil müəssisələrinin, dövlət və özəl qurumların tərkibində fəaliyyət göstərən elmi müəssisələrlə” sözləri “elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslərlə” sözləri ilə əvəz edilsin.

7. 4.0.3-cü yarımbəndə “elmi müəssisələr” sözlərindən sonra “və təşkilatlar” sözləri əlavə edilsin.

8. 4.0.14-cü yarımbəndə “fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin və həmin yarımbənddən “Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Şurası,” sözləri çıxarılsın.

9. 4.0.23-cü yarımbəndə “digər elmi” sözlərindən sonra “müəssisə və” sözləri əlavə edilsin.

10. 6.1-ci bəndə “müəssisələr” sözündən sonra “və təşkilatlar” sözləri əlavə edilsin.

11. 7.9.9-cu yarımbəndə “fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin.

12. 8.19.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.19.3. Akademiyanın elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin və digər elmi müəssisə və təşkilatların elmi-tədqiqat fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.”.

13. 10.6-cı bəndin birinci cümləsində “elmi müəssisələrinin və” sözləri “elmi müəssisə və təşkilatlarının,” sözləri ilə əvəz edilsin.

14. 10.7.1-ci yarımbəndə “fundamental” sözündən sonra “, innovasiya xarakterli” sözləri əlavə edilsin.

15. 11.5-ci bənddə “strukturuna daxil” sözləri “tabeliyində” sözü ilə əvəz edilsin.

16. 11.6-cı, 11.11-ci bəndin ikinci cümlələrinə və 11.12-ci bəndə ismin müvafiq hallarında “elmi müəssisələr” sözlərindən sonra ismin müvafiq hallarında “və təşkilatlar” sözləri əlavə edilsin.

17. 12.3-cü bənddə “konstruktor və layihə büroları, elmi təcrübə və elmi cihazqayırma” sözləri “təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji” sözləri ilə əvəz edilsin.

18. 13.6-cı bəndə “müsabiqələrdə” sözündən əvvəl “qrant layihələrində və” sözləri əlavə edilsin.

19. 14.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“14.4. Akademiya dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşdirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyul 2017-ci il.

24 İyul 2017, 09:07

http://www.azertag.net

10501—10510 / 10511

30 Oktyabr 2013, 08:10

Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 İyul 2013, 09:07

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

5 İyul 2013, 09:07

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

5 İyul 2013, 09:07

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 İyul 2013, 09:07

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 İyul 2013, 09:07

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 İyun 2013, 09:06

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi ba   ətraflı...

25 İyun 2013, 09:06

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Dekabr 2012, 16:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezi   ətraflı...

26 Dekabr 2012, 14:12

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı   ətraflı...