Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2017-ci ildə Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Məhluqə Ələsgər qızı Sadıqovanın anadan olmasının 100 illiyi tamam olur.

 

Məhluqə xanım Sadıqova yarım əsrdən artıq dövr ərzində milli teatrın səhnəsində, eləcə də kinofilmlərdə çox sayda unudulmaz xarakterik obrazlar yaratmış və onların hər birinin özünəməxsus daxili aləmini bütün zənginliyi ilə dolğun şəkildə canlandırmışdır. Sənətkarın bədii qiraət ustası kimi uzun illər aparıcısı olduğu, geniş dinləyici auditoriyasına malik xalq yaradıcılığı “Bulaq” verilişi Azərbaycan radiosunun qızıl fondunu təşkil edən qiymətli nümunələrdəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli mədəniyyətin inkişafında xidmətlərini nəzərə alaraq görkəmli sənətkar Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 iyul 2017-ci il.

20 İyul 2017, 09:07

http://www.azertag.net

5941—5950 / 10511

29 Dekabr 2016, 10:12

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında   ətraflı...

29 Dekabr 2016, 10:12

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında   ətraflı...

29 Dekabr 2016, 10:12

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı   ətraflı...

29 Dekabr 2016, 10:12

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri   ətraflı...

29 Dekabr 2016, 10:12

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri   ətraflı...

29 Dekabr 2016, 09:12

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə   ətraflı...

29 Dekabr 2016, 09:12

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında   ətraflı...

28 Dekabr 2016, 09:12

Azərbaycan Respublikası Turizm Şurasının tərkibi   ətraflı...

28 Dekabr 2016, 09:12

Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə   ətraflı...

28 Dekabr 2016, 09:12

Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında   ətraflı...