“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununu “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420; № 12, maddə 2021; 2017, № 1, maddə 11) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddəyə “bu Qanundan,” sözlərindən sonra “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.
2. 11-ci maddə üzrə:
2.1. 11.2.6-cı maddədə “metodlarından” sözü “üsullarından” sözü ilə əvəz edilsin;
2.2. 11.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.2.9-cu və 11.2-1-ci maddələr əlavə edilsin:
“11.2.9. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək.
11.2-1. Respublika idman federasiyaları tərəfindən bu Qanunun 11.2.9-cu maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənədək kəsilməsinə səbəb olur.”.
3. 31-ci maddə üzrə:
3.1. adında, 31.1-ci maddənin birinci cümləsində, 31.3-cü, 31.3.2-ci, 31.3.4-cü, 31.3.6-cı, 31.5-ci (hər iki halda) maddələrində “metodlarından” sözü “üsullarından” sözü ilə, 31.3.3-cü maddədə “metodları” sözü “üsulları” sözü ilə, 31.3.8-ci maddədə “metodlarının” sözü “üsullarının” sözü ilə əvəz edilsin;
3.2. 31.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“İdmanda istifadəsi qadağan olunmuş dopinq vasitələri və (və ya) üsullarının siyahısı “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiya və Ümumdünya Antidopinq Məcəlləsi ilə müəyyən edilir.”;
3.3. 31.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“31.2. Dopinq nəzarəti “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, dopinq testinin keçirilməsinin planlaşdırılması, bionümunələrin toplanılması, çatdırılması, laboratoriya tədqiqatları, nəticələrin yoxlanılması, terapevtik istifadə üçün icazə alınması, dinləmələrin keçirilməsi və apellyasiya baxışlarından ibarət olan prosesdir.”;
3.4. 31.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“31.4. Dopinq nəzarətinin yerinə yetirilməsi qaydaları və bununla bağlı aşkar edilmiş pozuntulara görə cavabdehlik, bu sahədə idarəetməni həyata keçirən qurumların, idman subyektlərinin hüquq və vəzifələri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
4. 42.2.4-cü maddədə “metodlarından” sözü “üsullarından” sözü ilə, 43.2.3-cü maddədə “metodlardan” sözü “üsullardan” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il.
17 İyul 2017, 10:0723 Aprel 2014, 09:04
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 935-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
23 Aprel 2014, 09:04
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
23 Aprel 2014, 09:04
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında ətraflı...