Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794) aşağıdakı dəyişikliklər edilsin:
1. 38.6-cı maddənin birinci cümləsində “günü” sözündən sonra “, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat” sözləri əlavə edilsin.
2. 38.8-ci maddənin birinci cümləsində “və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur” sözləri “, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron vizanı və ya həmin vizanın məlumatlarını sərhədkeçmə sənədi ilə birgə təqdim edir” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 38.11-ci maddə əlavə edilsin:
“38.11. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşamaq icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2017-ci il.
17 İyul 2017, 10:0725 İyun 2018, 08:06
R.Q.Mikayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 İyun 2018, 07:06
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 İyun 2018, 07:06
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 İyun 2018, 08:06
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 İyun 2018, 08:06
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 İyun 2018, 08:06
T.M.Zeynalovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 İyun 2018, 08:06
M.C.Məmmədovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 İyun 2018, 08:06
O.M.Mirqasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 İyun 2018, 08:06
Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...