“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 79; 2009, № 6, maddə 400, № 7, maddə 517; 2016, № 3, maddələr 394 və 421) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.2. Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.”.

2. 8.1.1 – 8.1.4-cü, 8.1.10-cu, 8.1.13-cü və 8.1.16-cı maddələrdə “Fondun” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun” sözləri ilə əvəz edilsin.

3. 8.1.5-ci və 8.1.18-ci maddələrdə “kompensasiyaların” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların” sözləri ilə əvəz edilsin.

4. 8.1.8-ci maddədə “iştirakçı” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, iştirakçı” sözləri ilə əvəz edilsin.

5. 8.1.9-cu maddədə “hallarda” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

6. 9.1-ci maddədə “Himayəçilik Şurası” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2017-ci il.

 

17 İyul 2017, 10:07

http://www.azertag.net

4721—4730 / 10511

30 Oktyabr 2017, 05:10

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

Ə.C.Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

T.B.İsgəndərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

H.M.Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

M.C.Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

R.C.Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

27 Oktyabr 2017, 05:10

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

26 Oktyabr 2017, 09:10

Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

25 Oktyabr 2017, 09:10

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...