“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” üzrə:

1.1. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. Cəmiyyət Bakı şəhərində yerləşir.”;

1.2. 4-cü hissə üzrə:

1.2.1. 4.3-cü bənddə hər iki halda “307 238 671 (üç yüz yeddi milyon iki yüz otuz səkkiz min altı yüz yetmiş bir)” sözləri “366 000 000 (üç yüz altmış altı milyon)” sözləri ilə əvəz edilsin;

1.2.2. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“4.9. Cəmiyyətin sərbəst pul vəsaitindən yalnız aşağıdakı istiqamətlərdə istifadə edilə bilər:

4.9.1. ipoteka kreditləşməsi üçün;

4.9.2. müəssisələrin səhmlərinin (paylarının) və dövlət qiymətli kağızlarının əldə olunması üçün;

4.9.3. banklarda depozitlərin yerləşdirilməsi üçün.”;

1.3. 7-ci hissə üzrə:

1.3.1. 7.3-cü bənddən “, Təftiş Komissiyasının” sözləri çıxarılsın;

1.3.2. 7.6.2-ci yarımbəndin 2-ci abzası ləğv edilsin;

1.3.3. 7.6.5-ci yarımbənddən “Təftiş Komissiyasının reqlamentini,” sözləri çıxarılsın;

1.3.4. 7.6.6-cı yarımbənddən “təmirli” sözü çıxarılsın;

1.3.5. 7.6.8-ci yarımbənddən “, işçilərinin say həddini, əməkhaqqı sistemini müəyyənləşdirmək və əməkhaqqı fondunu” sözləri çıxarılsın;

1.3.6. 7.6.12-ci yarımbənd ləğv edilsin;

1.3.7. 7.6.13-cü yarımbənddə “seçmək” sözü “təyin etmək” sözləri ilə əvəz edilsin;

1.3.8. 7.6.14-cü yarımbənddən “və Təftiş Komissiyası tərəfindən təftişinin aparılması” sözləri çıxarılsın;

1.3.9. 7.6.16-cı yarımbənddən “Təftiş Komissiyasının,” sözləri çıxarılsın;

1.4. 8-ci hissə üzrə:

1.4.1. 8.4.5-ci yarımbənddən “, işçilərinin say həddi, əməkhaqqı sistemi və əməkhaqqı fondu” sözləri çıxarılsın;

1.4.2. aşağıdakı məzmunda 8.4.12-1-ci yarımbənd əlavə edilsin:

“8.4.12-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin işçilərinin say həddini, əməkhaqqı sistemini və əməkhaqqı fondunu müəyyənləşdirmək;”;

1.5. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:

“9. Daxili və kənar audit

9.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit və bu xidmətin işini icra edən şəxslər öz fəaliyyətlərində müstəqildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər.

9.2. Cəmiyyətin daxili auditinin əməkdaşları “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.

9.3. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

9.3.1. Cəmiyyətin, onun struktur bölmələrinin, idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;

9.3.2. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini həyata keçirmək;

9.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə İdarə Heyətinin sədrinə məlumat vermək;

9.3.4. “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirmək.

9.4. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri sənədləri onlara təqdim etməyə, öz vəzifələrinin icrası üçün zəruri şərait yaratmağa borcludurlar.

9.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditi Cəmiyyətin Müşahidə Şurasının və ya İdarə Heyəti sədrinin qərarı ilə həyata keçirilir.

9.6. Cəmiyyət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

9.7. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlamaq olmaz.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

2.1. 3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.5. güzəştli ipoteka krediti, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına verilməlidir;”;

2.2. 3.1.6-cı yarımbənddən “(maksimal məbləğ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır)” sözləri çıxarılsın;

2.3. 3.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.8. güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır.”;

2.4. 3.1.9-cu yarımbənd ləğv edilsin;

2.5. 3.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;”;

2.6. 3.5-ci bəndin ikinci cümləsindən “kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə müəyyən olunan illik faiz dərəcələrinin 70 faizi səviyyəsində” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyul 2017-ci il.

17 İyul 2017, 09:07

http://www.azertag.net

9181—9190 / 10511

24 Noyabr 2014, 09:11

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1061-IVQD nömrəli Qanununun tətbiqi və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

24 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

Vahid Balami oğlu İlyasovun müvəqqəti olaraq 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının üzvü Tamara Gülağa qızı Orduxanovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə   ətraflı...

24 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 noyabr 2014-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

24 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 18 noyabr 2014-cü il tarixli 01 saylı müraciətə baxılmasına dair   ətraflı...

24 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 noyabr 2014-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

24 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 14 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...